Xəbər lenti
Bakıda Kəlbəcərin ilk şəhidləri – 8 uşağa həsr edilmiş '“Şəhid Fidanlar” filminin nümayişi keçirilib
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Nizami” Kino Mərkəzində “Şəhid Fidanlar” filminin nümayişi keçirilib
Manevr.az xəbər verir ki, öncə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək tədbirdə iştirak edənləri İctimai Birliyin sədri Qənbər Qurbanovun adından salamlayıb. O, bildirdi ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə çəkilmiş “Şəhid Fidanlar” filmi Kəlbəcərin ilk şəhidlərindən – 7-14 yaşlı uşaqlardan bəhs edir.
1989-cu ilin 14 iyulunda erməni millətçiləri və onların havadarları Kəlbəcər əhalisini qorxutmaq, əhali arasında çaşqınlıq yaratmaq məqsədilə qanlı cinayət törətmiş, rayon stadionunda 8 körpəni helikopterin pəri ilə doğrayaraq qanlarına qəltan etmişlər.
Qeyd edək ki, hadisə zamanı 7-14 yaşlı 8 kəlbəcərli uşaq - Anar Qardaşxan oğlu Valehov, Azər Zakir oğlu Orucov, Cahid Telman oğlu İbişov, Bəxtiyar Rəhim oğlu Xəlilov, Natiq Məhəmməd oğlu Əsgərov, Razim Tofiq oğlu Salmanov, Sahib Sultan oğlu Məmmədov və Səxavət Dəmir oğlu Əsgərov faciəvi surətdə həlak olmuşlar. Həbib Misirov vurğuladı ki, ölkənin o zamankı rəhbərliyinin hadisəyə biganəliyi, bu qanlı hadisəni törədənlərin cəzalandırılmaması digər faciələrə gətirib çıxartdı, 1992-ci ilin 8 aprelində daha böyük faciə - Ağdaban soyqırımı baş verdi, bu soyqırım nəticəsində onlarla dinc Ağdaban sakini, o cümlədən Dədə Şəmşir nəslindən 15-ə yaxın ağdabanlı şəhid oldu. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqımızın başına gətirilən digər faciələrlə yanaşı, Ağdaban soyqırımına da dövlət səviyyəsində qiymət verildi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar