Xəbər lenti
“Dağlıq Qarabağ ermənilərinin vaxtı daralıb” - Deputat
Qarabağın müstəqilliyi yalnız Azərbaycanın tərkibində mümkündür.
Milli Məclisin deputatı Sahib Əliyev bildirir ki, Dağlıq Qarabağın istənilən statusunda Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməlidir.
Buna baxmayaraq, millət vəkili virtualaz.org-a bildirib ki, Azərbaycan unitar dövlət quruluşunu qorumalıdır.
Rusiyanın informasiya agentliyinə son müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsini istisna etməyib. “Ermənistan hakimiyyətinə, bu xalqa məxsus praqmatikliyi nəzərə alsaq, prezidentin səsləndirdiyi perspektivlərə xüsusi diqqət yetirmək gərəkdir”, - Sahib Əliyev tövsiyə verir. O şübhə etmir ki, yüksək muxtariyyət ststuslu Dağlıq Qarabağ Azərbaycanın tərkibində inkişaf etmək və çiçəklənən diyara çevrilmək üçün ən geniş imkanlara malik olacaq.
İndiki şəraitdə isə Qarabağın müstəqilliyi illyuziyadan başqa bir şey deyil və bunun qiymətini həmin regionun əhalisi yoxsulluqla ödəməli olur.
“Əgər Ermənistanın özü müstəqil dövlət olmayıb, “forpost” rolu ilə müticəsinə razılaşırsa, hansı müstəqillikdən danışmaq olar? SSRİ-nin tərkibində Ermənistan indiki “quberniya” statusuna nisbətən qat-qat çox sərbəst və müstəqil idi. Paradoksal səslənsə də, firavanlıq və inkişaf yolunda Dağlıq Qarabağın müstəqilliyi yalnız Azərbaycanın tərkibində mümkündür”, - Sahib Əliyev əminliyini ifadə edir.
Deputatın fikrincə, Azərbaycanın indi təklif etdiyini ermənilər bir azdan uğursuzcasına xahiş edəcəklər. Azərbaycanın rəhbəri dəfələrlə bildirib ki, Bakı Dağlıq Qarabağa yeüksək muxtariyyət statusu verməyə hazırdır və bu özündə erməni əhalisinin təhlükəsizliyinin təminini və regionun inkişafı və çiçəklənməsini ehtiva edir. Deputat bildirib ki, onların fikirləşməyə elə də çox vaxtları qalmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar