Xəbər lenti
Rusiya Qarabağın əvəzinə nə istəyir? – İstanbulda gizli müzakirə
İstanbulda Rusiya, Türkiyə və Azərbaycan liderlərinin görüşü Ermənistanda ciddi təşvişlə qarşılanıb.
“Armenianreport” saytında yayımlanan məqalədə müəllif Tevos Arşakyan erməni siyasətçilərin və rəsmilərin açıq şəkildə narahatlıq keçirdiyini yazıb.
“Türkiyə-Rusiya yaxınlaşmasından Ermənistan həmişə əziyyət çəkib. Prinsip etibarilə Moskvanın Ermənistanı Ankaraya qurban verəcəyini gözləmək olar”, - deyə məqalədə bildirilir.
Müəllif qeyd edir ki, Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın Avrasiyaya inteqrasiyasına şərait yarada bilər: “Təbii ki, bu inteqrasiyasının qarşılığı olaraq ərazilərin Azərbaycana qaytarılması baş verə bilər. Burada Ermənistan çox zəifdir. Çünki bütün hərbi infrastrukturumuz ruslardan asılıdır. Hətta birgə hava hücumundan müdafiə sisteminin yaradılması və “İsgəndər”lərin Ermənistana verilməsi belə Rusiyanın öz maraqları üçün nəzərdə tutulub. Bütün bunlar heç vaxt Ermənistana aid olmayıb və Rusiya Ermənistanı deyil, öz cənub sərhədlərini müdafiə edir”.
Məqalədə İstanbulda Putin, Ərdoğan və İlham Əliyev arasındakı müzakirələrdə Qarabağ məsələsinin də gündəm olduğu deyilir:
“Bu görüş enerji konqresindən kənar olub və daha çox gizlilik prinsipi daşıyıb. Görüşün nəticələrinin Ermənistan üçün yaxşı olmadığını yəqin ki, yaxın günlərdə görəcəyik”.
Erməni müəllif hesab edir ki, ölkəsinin yeganə çıxış yolu kimi NATO-ya üz tutmaqdır.
“Vova dayıdan üz çevirib, Sem dayıdan kömək istəməliyik”, - deyə o bildirib.(publika.az )
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar