Xəbər lenti
Qarabağ münaqişəsi niyə həll olunmur? - Prezident açıqladı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir.
Manevr.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Prezident bildirib ki, Azərbaycan ikili standartlarla üzləşib və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir:
“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-dan səslənən son bəyanat təəccüb doğurur və ABŞ, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri “status-kvo qəbuledilməzdir” tezisinə ziddir.
Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir.
Tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, vasitəçilik missiyası şübhə altına düşə bilər”.(axar.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar