Xəbər lenti
Müdafiə Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ: Son günlər...
Müdafiə Nazirliyi müraciət xarakterli məlumat yayıb. Manevr.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı tədbirlərinin davam etdirildiyi bildirilib: “Son günlər keçirilən “Açıq qapı” günləri və digər bayram tədbirlərində iştirak edən minlərlə vətəndaş, dövlət, qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən valideynlər hərbi hissələri ziyarət edərkən burada yaradılan sosial-məişət şəraitindən və təminatdan məmnun qalır, razılıqlarını bildirirlər”.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz dövlətimizin və şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq, əşya, eləcə də digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir: "Bu gün Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur. Hərbi hissələrdə olarkən hər kəs bu istiqamətdə əldə etdiyimiz uğurların şahidi olur. Bunu nəzərə alaraq bildiririk ki, hərbi hissələrə ziyarət təşkil edilərkən əsgər normasından artıq və israfçılığa səbəb olacaq təminat vasitələrinin toplanılmasına və gətirilməsinə ehtiyac yoxdur. Xalqımızın səmimi münasibəti, mənəvi dəstəyi, hərbi vətənpərvərlik tədbirləri şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da möhkəmlənməsinə yetərlidir. Əsgərlərimizə mənəvi dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar