Xəbər lenti
Baş nazir Qarabağ qazisinə hədiyyə verdi - FOTO
Baş nazir Qarabağ qazisinə təsbeh hədiyyə etdi - FOTO
Qarabağ müharibəsində gözünü və ayağını itirən Azərbaycan qazisi kapitan Kamil Musəvi Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, 6-cı Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana gələn baş nazirlə qazi arasında səmimi söhbət olub.
B.Yıldırım Qarabağ müharibəsində ayağını və gözünü necə itirdiyini izah edən Musaviyə əzmindən və iddiasından heç bir şey itirmədiyini söyləyib. Qazinin "ayaqsız və gözsüz yaşamaq mümkün olsa da, vətənsiz yaşamaq mümkün deyil" sözləri naziri duyğulandırıb.
Kamil Müsəvinin Türkiyənin "Zeytun budağı" əməliyyatı haqqında hazırladığı videonu izlədiyini deyən Yıldırım "İnşallah, Qarabağ da bir gün düşmənlərdən təmizlənər" ifadələrini işlədib.
Kapitan Müsəvi söhbət əsnasında kitablardan oxuduğu Çanaqqala savaşında türk və fransız əsgəri arasında yaşanan hadisəni xatırlayıb:
Çanaqqala savaşı zamanı bir türk əsgəri paltarını cıraraq yaralı olan fransız əsgərinin yarasını sarıdı. Türk əsgəri bildirmişdi ki, onun cibindən qadın şəkili düşdüyünü görüb. "Anasının şəkili olduğunu düşündüm. Onun gözləyəni var idi. Mənim isə yox. Ona görə həmin əsgərə kömək etdim" sözlərini xatırladıb.
Qazi hadisəni davam edərək bildirdi ki, fransız generallarından biri hərb tarixində belə bir hadisənin analoqunun olmadığını deyib.
Görüşdən sonra baş nazir qazi Müsəviyə Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu lövhə və öz təsbehini hədiyyə edib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar