Xəbər lenti
Heydər Əliyevin Ermənistandakı ata ocağından yeni- FOTO/ VİDEO

Bredli Jardin:” Hərdən Naxçıvandan azərbaycanlılar buraya ziyarətə gəlirlər...”
Şotland tədqiqatçı jurnalist Bredli Jardin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Ermənistandakı ata ocağının yeni görüntülərini paylaşıb.
Manevr.az xəbər verir ki, Ermənistanı gəzən əcnəbi jurnalsit martın 3-də özünün "Tvitter” səhifəsində Heydər Əliyevin ata yurdu, hazırda "Tanaat” adlandırılmış Sisyan rayonunun Comərdli kəndinin yeni fotolarını yayıb. Onun sözlərinə görə, ayrıca fotoda göstərilən uçuq divarları qalmış ev mərhum prezidentin ata ocağı olub. Xatırladaq ki, Əlirza kişinin ailəsi 1925-ci ilədək, yəni oğlu Heydər Əliyevin 2 yaşı olanadək bu kənddə yaşayıb.
Şotland jurnalist yazır ki, kəndin erməni sakinlərinin sözlərinə görə, hərdən Naxçıvandan azərbaycanlılar hərbi sərhədi keçərək Comərdliyə ziyarətə gəlirlər.
Oxuculara daha əyani olmaq üçün Comərdli kəndinin "You Tube” kanalındakı 2012 və 2014-cü ilə aid video-görüntülərini də təqdim edirik./moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar