Xəbər lenti
Aprelin 9-dan sonra Qarabağ... – Sarkisyanın yeni PLANININ ŞOK DETALLARI
Martın 5-də Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, iclasın gündəliyinə 10-dan çox qanun layihəsi daxil edilib.
Onlardan biri də Ermənistanda böyük hay-küyə səbəb olan “Təhlükəsizlik Şurasının tərkibi və fəaliyyəti Haqqında” qanun layihəsidir. Layihəyə əsasən, Təhlükəsizlik Şurasına baş nazir başçılıq edəcək (Böyük ehtimalla hazırkı president Serj Sarkisyan ölkənin yeni baş naziri olacaq – red.). Baş nazirin müavinləri, müdafiə naziri, Baş qərargahın başçısı, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, Milli Təhlükəsizlik Komitəsinin direktoru və polis rəisi onun üzvləri olacaqlar. Prezident və parlament sədri şuraya daxil edilmir.
Qanun layihəsini şərh edən İnformasiya strateji və milli tədqiqatlar Mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan bu qənaətdədir ki, prezident Serj Sarkisyan özü üçün hansısa inhisar müəssisəsi yaradır.
“Elə bir müəssisə yaradılır ki, urada ona tabe olan insanlar olmalıdır. Baş nazirə tabe olmayacaq insanlar qurumdan kənarda qalırlar. Məni təəccübləndirir ki, yeni prezident Armen Sarkisyan və parlamentin indiki sədri ümumiyyətlə, bununla niyə razılaşırlar? Bu, mənim üçün anlaşılmazdır. Fikrimcə, daha heç nə bundan təhlükəli deyil. Qanun layihəsi qəbul edilərsə, bu, çox pis olacaq”, - ekspert bildirib.
Yeni Konstitusiyaya əsasən, prezidentin imzası olmadan heç bir qərarın qanuni olmayacağını xatırladan Manvel Sarkisyanın sözlərinə görə, hazırkı prezidenti qorxudan məqam məhz budur:
“Deyirlər ki, prezident formal statusa malikdir. Amma belə deyil. Qanunları imzalamadığı halda baş nazir postdan gedə bilər. Serj Sarkisyan buna görə də özü üçün “kooperasiya müəssisəsi” yaradır və özünə böyük səlahiyyətlər verir. Bu, çox təhlükəli orqandır, o heç bir məsuliyyət daşımayacaq, amma bütün hakimiyyət onun əlində olacaq”.
Qeyd edək ki, Serj Sarkisyanın səlahiyyət müddəti aprelin 9-da bitir.
Yeni konstitusiyaya görə, ölkənin ali icraçı orqanı baş nazirin rəhbərlik etdiyi hökumətdir. Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir. Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq.
Ermənistan prezidentinin xarici siyasət sahəsində bu səlahiyyətləri qalacaq: hökumətin təqdimatı ilə beynəlxalq müqavilələr bağlamaq; baş nazirin təqdimatı ilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və onları geri çağırmaq; xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək. Vətəndaşlıq məsələlərinin həlli, əfv, orden və medallarla, fəxri adlarla təltif prezidentin səlahiyyətidir.
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda, həmçinin müharibə vəziyyətində əsas söz sahibi baş nazir olacaq. Bu baxımdan, Dağlıq Qarabağ danışıqlarına əsas nəzarəti yeni yaradılan Təhlükəsizlik Şurası edəcək. Ermənistanda isə apreldə baş nazirin indiki prezident Serj Sarkisyan olacağına şübhə etmirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar