Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin “aprel müharibəsi” ETİRAFI, növbəti zərbəyə HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Tarix: 21-02-2018 20:55     Baxış: 2551 A- / A+
Ermənilərin “aprel müharibəsi” ETİRAFI, növbəti zərbəyə HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ


Azərbaycan və Ermənistan xarici işlər nazirləri prinsipcə ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair həmsədrlərin tamamlanmış konseptual sənədləri ilə razıdırlar. Ankara Bəşər Əsəd rejimi ilə YPG arasında iddia edildiyi kimi bir razılaşmanın olmadığını bəyan edib. Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ankaranın Dəməşqlə görüşməsi iddialarını qiymətləndirib. Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə keçib. Moskva “Müller siyahısı”na qarşı cavab addımları atacaq. Avropa İtttifaqı Rusiya və Ukrayna vətəndaşları barəsində sanksiyaların müddətini uzadacaq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Krakov görüşünə dair yaydığı bəyanatda vurğulanır ki, nazirlər prinsipcə ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair həmsədrlərin tamamlanmış konseptual sənədləri ilə razıdırlar. Bunu “Novosti Armeniya”ya müsahibəsində ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik deyib. Onun sözlərinə görə, tərəflər tez bir zamanda sənəd üzərində işlərin yekunlaşdırılmasına dair arzularını ifadə ediblər.

İşğalçı Ermənistanda 2016-cı il dördgünlük aprel müharibəsində aldığı zərbələri uzun müddət yaddan çıxmayacaq. Siyasətşünaslıq elmləri doktoru Levon Şirinyanın Ermənistan mediasına dedikləri də bunu sübut edir. Erməni ekspert Azərbaycanın növbəti hücumunu gözləməyin lazım olmadığını, Ermənistanın özünün hücum etməli olduğunu bildirib.

Levon Şirinyanın sözlərinə görə, aprel müharibəsində itirilən Lələ Təpə rəqib üçün rahat mövqe ola bilər və onu qaytarmaq lazımdır.

“Bəşər Əsəd rejimi ilə YPG arasında iddia edildiyi kimi bir razılaşma yoxdur”. Bunu mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“Dünən Hələbin ətrafından Afrinin cənub bölgələrinə, oradan da şəhərə girməyə çalışan 40-50 avtomobillik konvoyun hərəkətini müşahidə etdik. Konvoy artilleriya atəşi ilə dayandırılaraq geri çəkilməyə məcbur edildi”, - o söyləyib.

İ.Kalın əlavə edib ki, hər hansı razılaşma olsa belə, Türkiyə “Zeytun budağı” əməliyyatına əvvəlki şəkildə davam edəcək. Prezidentin sözçüsü xəbərdarlıq edib ki, rejimin və ya digər ünsürlərin bu addımları çox ciddi nəticələrə səbəb ola bilər. Ankaranın rəsmi Dəməşqlə təmasının olmadığını deyən İ. Kalın qeyd edib ki, zaman-zaman bəzi mesajlar İran və ya Rusiya üzərində çatdırılır.

Dünən Suriya hökumətinə bağlı qüvvələrin Türkiyənin “Zeytun budağı” əməliyyatı keçirdiyi Afrinə daxil olması barədə xəbər gündəmi bir anda dəyişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bu gün keçirdiyi mətbuat konfransında Dəməşq və Afrindəki YPG terrorçuları arasında razılaşmanın olmadığını bildirsə də, razılaşma ehtimalı da nəzərdən keçirilir. Belə bir razılaşma olsa, Türkiyə hansı strategiya ilə hərəkət edəcək?



Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ankaranın Dəməşqlə görüşməsi iddialarını qiymətləndirib. O, Suriya ilə siyasi danışıqların olmadığını, amma kəşfiyyat görüşlərinin ola biləcəyini deyib.

Afrində keçirilən “Zeytun budağı” əməliyyatını qiymətləndirən Hami Aksoy “PKK/PYD ya çəkiləcək, ya da çəkiləcək, başqa alternativ müzakirə mövzusu deyil” söyləyib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Türkiyənin təhlükəsizlik maraqlarının Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə biləcəyini bildirib.

ABŞ-ın kürdləri Suriyadan ayırmağa hesablanmış təşəbbüsləri Suriyada problemlərin həllinə heç bir fayda vermədi. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Suriyada problemlərin yalnız dialoq yolu ilə həll edilə biləcəyini vurğulayan Lavrov Dəməşqin kürdlərlə müzakirələrə başlamalı olduğunu bildirib.

Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizidə uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə keçib. Türkiyə Dəniz Qüvvələri Kipr yunanlarının neft axtarışları həyata keçirmək istədiyi 3-cü bölgədəki fəaliyyətini martın 10-na kimi uzadıb.

Yunanıstan mətbuatının xəbərinə görə, Cənubi Kipr prezidenti Nikos Anastadiadis təcili olaraq hökuməti toplayıb və Yunanıstanın baş naziri Aleksis Çiprasa vəziyyət barədə məlumat verib. Anastadiadis baş nazirdən məsələnin BMT-nin gündəminə çıxarılmasını istəyib.

Birləşmiş Ştatlar İranla uzunmüddətli münaqişəyə hazırdır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmasterin sözlərinə görə, 2018-ci ilin birinci yarısı islam respublikasına hücum etmək üçün əsl vaxtdır. Amma Vaşinqton üçün bir problem var. Vaşinqtona Avropa İttifaqının köməyi lazımdır.

Amma avropalılar İranla ticarət etməyə və duşmənçilik etməməyə üstünlük verirlər. Avropa İttifaqının mövqeyi Vaşinqtonda qıcıqlanmaya səbəb olur. Təsadüfi deyil ki, Makmaster Tehranın raket proqramı və İran iqtisadiyyatına dəstək verən investorları ittiham edib.
ABŞ İranla arasındakı fikir ayrılığının sona çatması üçün Tehrana neytral ərazilərdə birbaşa danışıqlar keçirməyi təklif edib. Bu barədə informasiyanı Küveytin “Al Jarida” qəzeti yayıb.

Amerikalılar danışıqlar üçün Omanın paytaxtı Maskat və İsveçrənin Cenevrə şəhərini təklif ediblər. Vaşinqton əvvəlcə Tehrandan İran həbsxanalarındakı ikili vətəndaşlığı olan şəxslərin azadlığa buraxılmasının müzakirəsini istəyib, lakin sonradan öz təklifini dəyişdirərək, bütün mübahisəli məsələlərin məxfi şəkildə müzakirəsini istəyib. İran tərəfi isə ABŞ-a etibarının tam itdiyini bildirib və onunla müzakirələrdən imtina edib.

ABŞ Prezidenti Donald Tramp təsdiq edir ki, Rusiya təkcə 2016-cı il prezident seçkisinə müdaxilə etməyə cəhd etməyib, o, faktiki olaraq seçkiyə müdaxilə edib. Bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Sara Sanders söyləyib.

“Rusiyanın seçkiyə müdaxiləsi aydındır. Aydın olan digər məqam odur ki, Trampın qərargahı rusiyalılarla heç bir gizli razılığa gəlməyib”, – deyə o bildirib.

Moskva “Müller siyahısı”na qarşı cavab addımları atacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib. Onun sözlərinə görə, artıq bəzi şəxslərin Rusiyaya girişi yasaqlanıb.

Qeyd edək ki, bundan öncə ABŞ-ın xüsusi prokuroru Robert Müller 13 Rusiya vətəndaşını və 3 rus şirkətini ABŞ-dakı seçkilərə müdaxilə ittihamı ilə Vaşinqtonun qara siyahısına salıb.

Avropa İtttifaqı Rusiya və Ukrayna vətəndaşları barəsində sanksiyaların müddətini uzadacaq. Bu haqda Avropa İttifaqındakı mənbə bildirib.

Məlumata görə, Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri sanksiyaların müddətinin uzadılmasını uyğunlaşdırıblar. Qərarın 2018-ci il martın 12-də qəbul edilməsi planlaşdırılır. Əvvəlki sanksiyaların müddəti martın 15-də bitir.

Xatırladaq ki, Rusiya və Ukrayna vətəndaşlarına (Donetsk və Luqansk “xalq respublikaları”nın rəhbərləri –red.) 2014-cü ilin martında qəbul edilib. Həmin şəxslər Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini pozmaqda ittiham olunublar. Sanksiyaların müddəti hər 6 aydan bir uzadılır.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunları zamanı Şimali Koreyadan olan rəsmilərlə tarixi bir görüş keçirilməsi üçün təşəbbüs göstərsə də, Kim Çen rejimi son anda görüşü ləğv edib. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert danışıb.

Noyert Şimali Koreyadan olan rəsmilərin görüşə son anda etiraz etdiyi üçün təəssüfləndiklərini bildirib.

Qeyd edək ki, ABŞ Qış Olimpiya oyunları zamanı Pxenyanla hər hansı bir görüşün planlaşdırılmadığını açıqlamışdı.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar