Xəbər lenti
İsveç nümayəndələri Qarabağ həqiqətləri barədə məlumatlandırılıb
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə ölkəmizdə səfərdə olan İsveçin “Dəyişiklik edin!” vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Kristian Nordenström, turizm sektorunun təmsilçisi, “Butikstrender” jurnalının sahibi Niklas Verner, “Gənclər antisemitizmə və ksenofobiyaya qarşı” təşkilatının rəhbəri Siavuş Derəxti, Dünya Azərbaycanlıları Milli Birliyinin sədri, Dünya Azərbaycanlıları Konqresinin sabiq sədri Cavad Derəxti Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olublar.
BAMF-dan bildiriblər ki, fondun prezidenti Umud Mirzəyev qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, reallıqlar, münaqişənin həlli perspektivlərinə dair məlumatlar verib. O, müharibə nəticəsində dağıdılmış infrastruktur, yaşanmış faciələr, erməni ordusunun insanlıq əleyhinə törətdiyi cinayətlər, Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı barədə söhbət açıb. U.Mirzəyev Azərbaycanın işğal faktoru ilə üz-üzə qalmasına baxmayaraq, sosial-iqtisadi, hərbi sahədə güclənməsi, bu istiqamətdə əldə olunan nailiyyətlərə dair qonaqlara məlumat verib.
BAMF-ın prezidenti əslən İsveçdən olan Avropa Parlamentinin üzvü Lars Adaktussonun Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilməsi məsələsinə toxunub. O bildirib ki, Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırımı aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi onun təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənasını daşıyır. Bu kimi qanunsuz səfər ilə Lars Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə xələl gətirir. Üstəlik Lars Adaktusson uzun illər tarixi olan İsveç-Azərbaycan əlaqələrinə də zərbə vurmuş olur. İsveç ictimaiyyəti bilməlidir ki, Avropa Parlamentinin üzvü Lars Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən, çirkli brilyant ticarəti, pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utancvericidir. Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal edilmiş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başadüşülən deyil. Lars Adaktusson bu səhv addımı ilə kifayətlənməyərək bu dəfə Avropa Parlamentində fevralın 27-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qondarma bir tədbir də keçirmək istəyir. Bu qondarma tədbirin Dağlıq Qarabağ münaqişəsinin ən böyük faciəsi olan Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etməsi belə isveçli deputatı bu tədbirlə bağlı fikrindən daşındırmayıb. Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti Lars Adaktussonun bu hərəkətlərini pisləyir, onu ədalətli və obyektiv olmağa, öz səhv hərəkətləri ilə Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara zərbə vurmamağa çağırır. Məhz buna görə İsveçdən gələn qonaqlara müraciət edən Umud Mirzəyev bildirib ki, onların bu məsələ ilə bağlı İsveç cəmiyyətini məlumatlandırması vacibdir. BAMF-ın prezidenti rəhbərik etdiyi Fond adından Lars Adaktussonun qanunsuz hərəkətləri və onun bir neçə həmkarı ilə birlikdə fevralın 27-də keçirmək istədiyi tədbirlə bağlı Avropa Parlamentinin rəhbərliyinə və parlamentarilərə xüsusi etiraz müraciəti də ünvanlanıb.
Qonaqlar Azərbaycan həqiqətlərinə dair İsveçdə obyektiv məlumatın olmadığını deyib, bu səfər nəticəsində reallıqları öz gözləri ilə gördüklərindən, ölkənin inkişafı ilə tanış olduqlarından məmnunluqlarını bildiriblər. Görüş çərçivəsində qonaqlar BAMF-ın təmas xəttinə yaxın ərazilərdə yaşayan uşaqlarla bağlı qısametrajlı filmini izləyiblər.
Qonaqlar bu səfərin Azərbaycan haqda həqiqətlərin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib və İsveçdən olan sahibkarların, jurnalistlərin Azərbaycana səfərinin reallaşdırılmasının vacib olduğunu bildiriblər.(AZƏRTAC)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar