Xəbər lenti
Beynəlxalq Avrasiya Mətbuat Fondu daha bir tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirədə iştirak edib -FOTO
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) daha bir mötəbər tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə aktiv iştirak edib.
Manevr.az xəbər verir ki, bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib:
:"Beynəlxalq statuslu bir təşkilat olaraq Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının Sülh və Təhlükəsizlik mövzusunda keçirilən panel müzakirələrinə qatıldıq. Müzakirələr maraqlı debatlara səhnə oldu. Əsas mövzular isə münaqişələr zamanı böhranın aradan qaldırılması, münaqişələrin həllində qarşılıqlı etimad, sülh və dayanıqlı inkişaf kimi məsələləri əhatə edirdi. BAMF komandası bu müzakirələrdə aktiv iştirak etdi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini sessiya iştirakçılarının diqqətinə çatdırdı. Qeyd edək ki, bu səfərin baş tutmasında Prezident yanında Qeyri-hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının da ciddi rolu olub. Bu vacib milli məsələdə daim vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləyən, onlara yardım əlini uzadan Şuranın rəhbərliyinə və üzvlərinə öz minnətdarlığımı bildirirəm."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar