Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid Elnur Əliyevə həsr olunan sənədli-bədii filmin təqdimatı keçirilib -FOTOLAR

Tarix: 24-10-2017 15:17     Baxış: 3409 A- / A+
Şəhid Elnur Əliyevə həsr olunan sənədli-bədii filmin təqdimatı keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Prezident Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə şəhid Elnur Əliyevin həyatından bəhs edən "Şəhidlik Zirvəsi" qısametrajlı sənədli-bədii filmin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyası tərəfindən Aprel doyuşlərində şəhid olan igidlərin portretlərindən ibarət səyyar sərgi təşkil olunub. Sərgidə şəhid Əbdülməcid Axundov, Seymur Baxışov, Murad Məmmədovun portretləri ilə yanaşı Əməkdar İncəsənət xadimi Vaqif Nəzirov və Tofiq Əhmədovun birgə ərsəyə gətirdiyi “Vətən şəhidləri ilə ucalır”, Ellada Həsənovanın “Vətən sərhəddən başlayır”, ”Vətənin keşiyində”, İntiqam Cəfərovun “Dərdli qadın”, Nigar Qurbanovanın “Ana fəryadı”, “Tənha qadın”, “Tariximizin izləri” adlı əsərləri nümayiş olunub.

Tədbirə Millət vəkili Qənirə Paşayeva qatılaraq rəssamlarla səmimi söhbət edib, onlara bu mövzuda yeni əsərlər ərsəyə gətirmələrini tövsiyə edib.

Sonda Əməkdar İncəsənət Xadimi Vaqif Nəzirovun illusturasiyaları əsasında tərtib olunmuş ”Sirr və Açar” adlı kitabı Qənirə Paşayevaya təqdim olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Şəhid Elnur Əliyevə həsr olunan sənədli-bədii filmin təqdimatı keçirilib
Şəhid Elnur Əliyevə həsr olunan sənədli-bədii filmin təqdimatı keçirilib
Şəhid Elnur Əliyevə həsr olunan sənədli-bədii filmin təqdimatı keçirilib
Şəhid Elnur Əliyevə həsr olunan sənədli-bədii filmin təqdimatı keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar