Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

“Əgər müharibə istəmirlərsə,…” – Erməni separatçılarının son addımlarına kəskin reaksiya

Tarix: 05-09-2016 11:47     Baxış: 4586 A- / A+
“Əgər müharibə istəmirlərsə,…”


Xəbər verildimiz kimi, erməni separatçıları Dağlıq Qarabağ və ona bitişik olan işğal edilmiş ərazilərimizdə yeni yaşayış kompleksləri tikməyə başlayıblar.

Manevr.az xəbər verir ki, bununla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu faktla bağlı Azərbaycan çox ciddi addımlar atmalıdır:

"Xatırlayırsınızsa, bir müddət əvvəl erməni separatçıları Dağlıq Qarabağda hava limanı tiksələr də, illərdir istifadə edə bilmirlər. Çünki Bakının mesajı budur ki, Azərbaycan ərazisindən təyyarələrin qeyri-qanuni qalxışına və enişinə icazə verməyəcək. Başqa sözlə, həmin təyyarələr vurulacaq. Bu xəbərdarlıq mesajı işə yaradı, separatçılar hava limanını istifadə edə bilmirlər.

Məncə, indi də növbəti xəbərdarlıq mesajına ehtiyac var. Bəli, separatçılar Şuşa, Laçın və Kəlbəcərdə yeni yaşayış kompleksləri, yataqxanalar və daha nələr açırlar. Növbəti mesaj bundan ibarət olmalıdır ki, yerlərindən zorla didərgin edilən azərbaycanıların yaşayış məntəqələrində tikilən obyektlər qanunsuzdur və separatçılar bu prosesi dayandırmasalar, həmin obyektlər Azərbaycanın hərbi hava qüvvələri tərəfindən neytrallaşdırılacaq".


Politoloqun sözlərinə görə, bu, beynəlxalq aləmə və Rusiyaya da mesaj olar ki, əgər müharibə istəmirlərsə, Ermənistanı təxribatçı fəaliyyətdən çəkindirsinlər.(strateq.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar