Sizin Reklam Burada
Xəbər lenti
27-11-2025
26-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Səsdə yaşayan şeir" - MÜSAHİBƏ

Tarix: 27-11-2025 18:01     Baxış: 2207 A- / A+
Ayna Səs: "Şeir beynimdə hazır olanda dilimə gəlir, səsə çevrilir. O qədər səsə çevrilməyən şeirlər qalır ki..."

Bədii qiraət səslə ruhun qovuşduğu anın sənətidir; söz sərhədləri aşır, duyğular qəlbə süzülür, misralar  əbədi ahəngə çevrilir.
Burada kəlmələr sadəcə səslənmir, ruhun dərinliklərindən süzülərək dinləyicinin qəlbinə yol tapır.
Şeir söyləmək bir bacarıqdır, lakin qiraətçi olmaq tamam başqa  dünyadır - şeirin içində yaşamaq, misraların nəfəsi ilə nəfəs almaq, hər sözü qəlbin işığında nura boyamaq… bu sözün ruhunu duyanların yoludur.
Qiraətçi şeiri söyləməz,  yaşayar; hər misranın içindən keçərək onu öz varlığında yenidən canlandırar, mənanı sözün fövqünə qaldırar.
Və hər insanın içində gizli nur var; kimisi onu sözdə tapır, kimisi rəngdə, kimisi musiqidə… Ayna xanım isə öz nurunu səsində tapıb. Müəllimlik onun peşəsidir, qiraət  ruhunun pəncərəsi. O, şeiri oxumur, şeir onun dilində nəfəs alır, yaşayır, insanın içinə hopur.
Ayna xanım haqqında düşünəndə ilk ağıla gələn budur: hər səs qiraət deyil, amma hər qiraət də onun kimi cana yaxın olmur. O, bu sənəti könül işi kimi sevsə də, yanaşması peşəkar, duruşu ciddi, sözü sayğılıdır. Şairin misrasına toxunanda elə bil məktəb uşağı kimi ehtiyat edir, sözə hörmətlə yanaşır, hər kəlmənin canını incitməkdən çəkinir.

“Şeir söyləmək nədir?” - deyə soruşsan, adamın gözlərinə baxıb cavab verər:
- Şeir yaşanmalıdır…
Və o, doğrudan da yaşadır.
Səsini dinləyən hər kəsdə qəribə bir hiss oyanır: həm tanış, həm yeni, həm də içəriyə işıq salan bir ovqat. Elə bil kimsə içindəki tozu silir, yerinə təmiz nəfəs qoyur. Ayna xanımın qiraəti dinləyicinin yaddaşına deyil, qəlbinin dərin qatına yazılır.
Bu sənətkarlığın arxasında illərin müəllim nizamı, ədəbiyyata sevgi və sözə sadiqlik dayanır. Ayna xanımın hər çıxışı  dərs kimidir, amma dərs kitabdan yox, ruhdan oxunur.
Məqaləni hazırlayarkən onunla söhbət etmək istədim. Hər qiraətçinin içində bir sirr olur- səsin sirləri, duyğunun yolunu açan qapılar… Oxucuya daha yaxından tanıtdırmaq üçün Ayna xanıma bir neçə  sual ünvanladım:
Müsahibəni təqdim edirəm: 


-Ayna xanım, siz kimya müəllimisiniz və bu fənnin dəqiqliyini, incəliyini yaxşı bilirsiniz. Necə ki, kimyada reaksiyanın uğuru doğru nisbətdən asılıdır, eləcə də qiraətdə doğru səs, vurğu və duyğu vacibdir. Sizcə, bu sənətin "formulu"nədir? Yaxşı qiraət üçün hansı əsas elementlər vacibdir?

- Qiraət sənətinin formulu- səsi ürəklə, qəlblə danisdırmaqdır.
Sözün mənasını dinləyiciyə esitdirmək yox, hiss etdirməkdir.
Qiraət zamanı arada yaranan sükut da danışmalıdır.
Hansısa bənddə qısa pauza, yanlış nəfəs, dinləyicini o şeirə bağlaya da bilər, onu şeirdən uzaqlaşdıra da bilər.
Qiraətçi  həm  şairin, həm də dinləyicinin psixoloqudur. Həm də bir enerji ötürücüsü rolunu oynayır: şairlə dinləyici arasında...
Əslində mürəkkəb, psixoloji sənətdir. Şeiri duymaq, hiss etmək bacarığın yoxdursa, qəlblərə yol tapmaq da çətin olur.

-Bəzən bir misranı söyləmək, bütöv bir hekayəni danışmaq qədər təsirli olur. Siz şeiri sadəcə səsləndirmirsiniz, onu hiss etdirirsiniz. Maraqlıdır,  şeiri qiraət etməzdən əvvəl onunla necə bağ qurursunuz? Şeirləri necə seçirsiniz? 

- Bəzən bir şeiri bu gün oxuyuram, bir ay, bəzən də beş aya səsləndirirəm.
Maraqlı proses baş verir əslində...
Belə ki, bu gün oxuduğum şeir sanki beynimdə, hisslər dünyamda hazırlanma mərhələsi keçməlidi.
O vaxta qədər həzm edib bitirirəm 
Şeir beynimdə hazır olanda dilimə gəlir, səsə çevrilir.
O qədər səsə çevrilməyən şeirlər qalır ki...

-Siz həm müəllim, həm də məktəb rəhbərliyində yer alan məsul şəxs kimi pedaqoji və idarəçilik baxımından zəngin təcrübəyə sahibsiniz. Bu iki məsuliyyətin yükü qiraət sənətinə necə təsir edir? Hər gün şagirdlərlə ünsiyyətdə olmaq, onların dünyasına toxunmaq sizi necə bəsləyir və ruhlandırır?

-Həm qiraətçi, həm də idarəçi olmaq bəzən çətin gəlir insana…
Amma mən şeirdə dincəlirəm; ruhum sakitləşir, yorğunluğum çıxır.
Bəzən şagirdlərimə də şeirlər söyləyirəm.
Bir xatirəm var: Elm və Təhsil Nazirliyinin direktorların işə qəbulu üzrə esse mərhələsi keçirilirdi. Uğur qazandım.
Soruşdular ki, bu uğurun sirri nədir?
Dedim ki, mən essenin əvvəlinə bu misralarla başlamışdım:
Mənə inam kimi bax,
Sinə gərim çətinə.
Mənə sevgi kimi bax,
Dönüm məhəbbətinə.

Zəlimxan Yaqubun bu misraları mənə güc verdi.

-Seçdiyiniz şeirlərlə təkcə qiraət bacarığınızı deyil, eyni zamanda incə və seçici ədəbi zövqünüzü də ortaya qoyursunuz. Bəs bu sənət yolunda gələcək üçün hansı hədəfləriniz var? Qiraət dünyasında sizi ruhlandıran hansı yeni addımlar və arzular gözləyir?

-Gələcəkdə teleməkanda Azərbaycan ədəbiyyatını istədiyim kimi təqdim edə biləcəyim bir verilişim olması arzusundayam.
Səsləndirmək istədiyim şeirlər çoxdur.
Yəqin ömür vəfa edər…
Ayna xanımın cavabları onun ədəbiyyata olan incə münasibətini və yaradıcılıq yoluna duyduğu dərin məsuliyyəti bir daha üzə çıxarır. “Ömür vəfa edər…” sözləri isə həm təvazökarlığın, həm də daxili zənginliyin səsi kimi eşidilir. İnanıram ki, bu səs təkcə şeirsevərlərin yox, zamanla daha geniş teleməkanın yaddaşında da silinməz iz buraxacaq.

Qısa arayış:
Ayna Yasin qızı Məmmədova (Ayna Səs) 15 avqust 1981-ci ildə Bakı şəhərində anadan olub. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Kimya fakültəsində təhsil alıb. Daha sonra Xırdalan şəhərindəki 7 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Hazırda həmin məktəbdə kimya müəllimi və direktor müavini vəzifələrində çalışır.


Son söz:
Ayna xanım haqqında yazmaq asandır, anlamaq isə daha dərin duyğu istəyir. Çünki o, şeiri yalnız söz kimi deyil, müəllim kimi öyrədir, qiraətçi kimi danışır, insan kimi yaşayır.
Onun səsi şeirlərin ruhuna işıq salır, adına yaraşan Ayna kimi…

















Mənsurə Xələfbəyli
yazıçı publisist


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar