Sizin Reklam Burada
Xəbər lenti
30-09-2025
29-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin Laçını məskunlaşdırma siyasəti puça çıxdı

Tarix: 13-07-2017 16:35     Baxış: 4455 A- / A+
Ermənilərin Laçını məskunlaşdırma siyasəti puça çıxdı


Ermənistan rəhbərliyi Laçını işğal etdikdən sonra starteji önəmə malik bu ərazilərin kütləvi məskunlaşdırılmasına girişdi. Lakin 20 ildən artıq davam edən məskunlaşdırma planı əks-effekt verməyə başlayıb.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, 1992-ci ilin mayında işğalçıların nəzarətinə keçən rayona Ermənistandan 2500-dən artıq insan köçmüşdü. Lakin onların yarıdan çox müxtəlif illərdə Laçını tərk etmişdilər.

Yolların bərbad vəziyyəti, evlər də daxil olmaqla bütün infrastruktur obyektlərinin müharibə nəticəsində dağılması, iş yerlərinin olmaması və Azərbaycanla müharibə şəraiti Yerevan rəhbərliyinin bu önəmli ərazini məskunlaşdırmasına mane olub.

Erməni jurnalistləri (Hetq.am, "Qrapark") xüsusən ötən ilin aprelindəki döyüşlərdən sonra Laçından köçün sürətləndiyini və sakinlərin Ermənistanın Syunik vilayətinə, Yerevana yaxud Rusiyaya axın etdiyini yazır.

Hətta Suriyadakı müharibə səbəbindən Ermənistana qaçan suriyalı ermənilərin də məqsədli şəkildə Laçın, Zəngilan və Kəlbəcər rayonlarının ərazisində məskunlaşdırılması effektli nəticə verməyib. Belə ki, Qarabağa köçürülən 200-dən artıq ailədən yalnız 63-ü işğal altındakı torpaqlarda yaşamağa razı olub. Əksəriyyət ailələr isə Yerevana geri dönüb, yaxud Avropa ölkələrinə üz tutublarlar.

Görünən odur ki, diasporun da ciddi maliyyə dəstəyinə baxmayaraq, Yerevanın Laçındakı süni məskunlaşdırma siyasəti fiaskoya uğrayıb və aprel döyüşlərindən sonra dəyişən hərbi-siyasi reallıqda heç bir perspektiv vəd etmir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar