Xəbər lenti
Turan ellər var olsun...


Bu gün türk dövlətləri arasında qurulan əlaqələr genişləndikcə, möhkəmləndikcə «Qızıl alma»ya doğru daha çox yaxınlaşmağa başlayırıq.
24-28 oktyabr 2025-ci ildə qardaş Türkiyədə keçiriləcək «Azərbaycan günləri» Turan dünyasının var olacağına bizi daha da ümidləndirir, bu arzunun da gerçəkləşəcəyinə inandırır və onu da bir daha göstərir ki, Türkiyə və Azərbaycan təkcə sözdə deyil, əməldə də iki dövlət bir millətdir. Çox keçməz ki, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və s. Türkiyə ilə iki dövlət bir millət kimi əbədi var olacaqlar.
…Qarabağ zəfərinin 5-ci ildönümünü Türkiyədə - Bursada böyük təntənə ilə qeyd olunacağı hər birimizi fərəhləndirir, qardaş Türkiyəyə sevgimizi daha da alovlandırır.
Bu tədbirdə bütün türk dünyasından nümayəndələr iştirak edəcək, çünki Qarabağ zəfəri təkcə Azərbaycanın sevinci deyil, özbəyin də, qazağın da, türkmənin də, başqırdın da, tatarın da…sevincidir, bayramıdır. Bu sevinci bütün Turan elləri birlikdə yaşayacaq, bu zəfər bayramını Türkiyədə birlikdə qeyd edəcəklər.
Türkiyədə keçiriləcək Zəfər bayramı ilə yanaşı, eyni zamanda böyük türk şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, eləcə də Azərbaycanın Milli Qəhrəmanı şəhid Şirin Mirzəyevin və şəhid general Polad Həşimovun adını daşıyan parka, eyni zamanda Çanaqqala şəhidliyinə ziyarət ediləcəkdir. Bu, çox sevindiricidir. Bu, həm də onu göstərir ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, türk dünyasının şairidir. Şirin Mizəyev, Polad Həşimov təkcə Azərbaycanın deyil, türk dünyasının qəhrəmanlarıdır. Belə qəhrəmanlar yetişdirən türk dünyası öz sözünü dünyaya dünən də deyib, bu gün də deyir, sabah da deyəcəkdir.
Turan elləri var olsun!
Tanrı türkü qorusun!
P.S. Türkiyədə keçiriləcək Azərbaycan günlərinə qardaş və dost ölkədə yaşayan Hüseyn Gözəloğlundan mən də dəvətnamə almışam. Türkiyənin Bursa rəhbəri və Bələdiyyə Başqanının dəstəyi ilə təşkil olunacaq tədbirlərdə iştirak etmək arzusu ilə:

Hüseyn İSAOĞLU, yazıçı - publisist,
AYB-nin və AJB-nin üzvü.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar