Xəbər lenti
Erməni hərbçi Azərbaycan əsgərinə məktub yazdı: "Uğurlar sənə, qardaş..."
Epress nəşri erməni ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu dostuna - Azərbaycan əsgərinə ünvanlanmış məktubunu dərc edib.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı Virtualaz.org saytı yayıb.
Məktubda deyilir: "Məni orduya çağırdılar və iki il məndə nifrət oyadan yerdə olacağam. Biz ölkələrimizin münaqişəsi haqqında çox danışırdıq və səndə bütün bunlara mənim baxışlarım haqda ümumi fikir var. Beləliklə, sənə yazıram ki, xatırlayasan. Bir çox millətçilərin, nasistlərin, psevdopatriotların və başqalarının içərisində, həmçinin mən də xidmət edirəm. Və sən erməni milləti (dolaşıq yazılıb-red.) və erməni ordusu haqqında nə eşitsən də, bil ki, mən də oradayam. Böyük nifrətlə və seçim haqqı əlindən alınmış vəziyyətdə”.
Hərbçinin qeyd etdiyi kimi, ona təskinlik verən yeganə məqam odur ki, iki ildən sonra azad olacaq və onda üzərində “boynuna dolanmış heç bir borc” qalmayacaq.
"Uğurlar sənə, qardaş və bil - bizim kimiləri az deyil!" – deyə erməni əsgəri azərbaycanlıya yazdığı müraciətini tamamlayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar