Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni yalanlarını ifşa edən nadir xəritə - FOTO

Tarix: 27-05-2025 15:52     Baxış: 4392 A- / A+
Erməni yalanlarını ifşa edən nadir xəritə (FOTO)
Sizlərə ermənilərin "qədim ermənistan" yalanlarını ifşa edəcək nadir bir xəritə təqdim edirəm. Xəritə məşhur alman coğrafiyaşünası Georq Matteus Seutter tərəfindən çəkilib.

Seutter Nürnberq şəhərində J. B. Homanın rəhbərliyi altında oyma ustalığını öyrənib. 18-ci əsrin əvvəllərində Seutter Auqsburqda özünün müstəqil kartoqrafik nəşriyyat firmasını yaradıb.

Seutterin oyma bacarığı və şaxələndirilmiş xəritə istehsalına sadiqliyi nəticədə ona əhəmiyyətli nüfuz gətirib. Seutterin xəritələrinin əksəriyyəti Homann və Delisle firmaları tərəfindən nəşr edilirdi. 

1732-ci ildə Seutter Alman İmperatoru VI Karl tərəfindən "İmperator Coğrafiyaçısı" adına layiq görülüb. 300-dən çox xəritə tərtib edən Seutter müxətlif kartoqraf və səyahların istinadlarına mütamadi müraciət edirdi ki, işlərində bir yanlışlıq olmasın. 

Bizim üçün diqqəti çəkən bir xəritə isə "Magni Turcarum Dominatoris Imperium per Europam, Asiam, et Africam.accuratissima cura delineatum" (Böyük Türk Hökmdarının İmperatorluğu bütün Avropa, Asiya və Afrikada ən dəqiq diqqətlə təsvir edilib) 1740-cı idə Auqsburqda nəşr edilib. Seutter öz xəritəsində bütün cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərib. Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın tərkibində göstərilir.
Eyni zamanda xəritə ilə yanaşı o, əlifba sırası ilə adları və açıqlamasını da yazır. Fikir verin, Azərbaycan adını-ADİRBEİTZANİA adlandır və onunla yanaşı xəritədə Ordubad, İrəvan, Şamaxı, Dərbənd, Şəmkir və digər əraziləri dəqiqliklə yazır. 

Xəritənin ölçüləri: 19.75 x 22.75 düym (50.12 x 57.75 sm)
Saxlandığı yer: Çikaqo muzeyi, İnventar nömrəsi: № 11915

Bu xəritə bir daha sübut edir ki, Qafqazda erməni dövləti və Ermənistan adında ərazi olmayıb, bu gün onların əlində olan İrəvan və digər şəhərlər Azərbaycana aid torpaqlarda yerləşib. 

Dr. Zaur Əliyev
 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar