Xəbər lenti
Tanınmış şairdən etiraz: "Ədalətsiz adamlar təhlükəli olur"
Dünən Sumqayıt Poeziya Evində AYB Sumqayıt bölməsi, Ə.Kərim adına Sumqayıt şəhər Poeziya Klubu və Türkiyə Ədəbiyyat Vəqfinin birgə təşkilatçılığı ilə kitab təqdimatı və mükafatlandırma mərasimi keçirilib.Xeyli sayda qələm adamı Türkiyə Ədəbiyyat Vəqfi tərəfindən Ahmet Kabaklının anadan olmasının 100 illiyi münasibətilə təsis olunmuş medalla təltif olunub.

Növbəti tədbirdə də gözlənilən kimi yenə şəxsi münasibət, bəzi hallarda qərəz və bu kimi neqativ hallar özünü göstərib. Manevr.az ucdantutma paylanılan Medal və Təşəkkürnamələrdən, ümimiyyətlə tədbirin təşkilindən narazı qalan tanınmış şair Xəqani Abbasəli Öztürkün fikirlərini təqdim edir:
"Dünən Sumqayıt şəhər poeziya evində çal-çağır idi. Qardaş ölkəmizin ədəbiyyat vakfının yönətiminə rəhbərlik edən Sərhat bəy və əsabələri müsafirimiz idi...Yenə sovet dövrünün hələ də içimizdən çıxmayan "möhtəşəm qarşılanma" metodunun tətbiqiylə müsafirləri "istirahət otağına", ordansa bir saat gecikməklə kürsüyə aldıq...Məktəblilərə şeir dedirdib, qonaqlara mədhiyyələr söyləyib açılış etdik...Bura qədər bu...
Və sonra ədəbi camiəmizin iki rəhbərinin (biri yazarların Sumqayıt bölmə ağası, digəri Sumqayıt poeziya evinin ağası) tutduğu "SİYAHI" ilə ödüllənmə başladı...Dağıtdılar bol kisədən medal, təşəkkür bəlgələrini...Bu da qəşəng...Amma adam bəzi məsələlərdə ədaləti gərək unutmasın...Yəni doqquz kərə imama ağlayanda, bir kərə də əməllərinizin rəhbəri, sizi yolunuzdan şaşırtanı da unutmayın...Bilirəm, bal tutan barmaq yalar, fəqət çevrədən çıxmaqda adamın işinə yarar...Haqqı olmayana haqq tanımaq sizin ədalətinizin ölçüsünü göstərir...Vakfın rəhbəri o, siyahıdakıları heç və heç tanımır...
Kimin Türkliyə və Türkçülüyü xidmət etdiyini siz bilirsiz...Arxadaşlar, bir az ədalətli olun, yoxsa bir qərinədən artıq işğal etdiyiniz qoltuqlar (kreslo) sizi daşımaqdan bezə bilər...Sağa - sola göndərdiyiniz siyahıya haqqı olanlardan da bir neçəsini əkləyin, yoxsa "dəmir yumruğun" ədalətindən qurtula bilməzsiniz...Allah sizə insaf versin...(adamlara yuhbəəə dedirtmək bacarıq sayılmaz, sadəcə insafdan yoksunlukdu...) Mənim düşüncə tərzimə görə, xarakteri ədalətsiz adamlar təhlükəli olur...Bu da bu...", deyə şair vurğulayıb.Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































