Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin atəşi nəticəsində həlak olan nənə və nəvə dəfn edilib -FOTOLAR

Tarix: 05-07-2017 13:45     Baxış: 5510 A- / A+
Ermənilərin atəşi nəticəsində həlak olan nənə və nəvə dəfn edilib
Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində həlak olan kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı dəfn olunub.
Manevr.az xəbər verir ki, mərasimdə mərhumların ailə üzvləri ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri də iştirak edib.
İcra Hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün mərhumların yas mərasimini Alxanlı kəndində deyil, digər qəsəbədə keçirilməsini qərara alıb.
Nənə və nəvə Alxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Hazırda onun səhhəti stabildir.
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.("report")

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar