Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rafiq Yusifoğlunun "Biblioqrafiya" kitabının və Elektron Məlumat bazasının təqdimatı keçirilib -FOTOLAR

Tarix: 26-04-2025 10:37     Baxış: 2647 A- / A+
        F.Köçərli adına respublika uşaq kitabxanasında görkəmli şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun həyat və yaradıcılığına həsr olunmuş 520 səhifəlik “Biblioqrafiya” kitabının və Elektron Məlumat bazasının təqdimat mərasimi keçirilib.

Manevr.az xəbər verir ki, kitabxananın direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qənbərova biblioqrafiya haqqında məlumat vermiş, Nazilə Tahirova, Tünzalə Əzizova və Lela Qafarovanın hazırladıqları bu kitabın məziyyətlərindən danışmış, əsərə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ön söz yazdığını xüsusi vurğulanmışdır.

Elektron Məlumat Bazasının təqdimatından sonra millət vəkilləri, filologiya elmlər doktorları Jalə Əliyeva və Elnarə Akimova çıxış edərək biblioqrafiyanın məziyyətlərindən, əhəmiyyətindən, eləcə də Rafiq Yusifoğlunun çoxşaxəli yaradıcılığından söhbət açmışlar. Əməkdar müəllim, tanınmış uşaq yazıçısı, professor Zahid Xəlil, professor Elman Quliyev, professor Şahin Xəlilli, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə, uşaq yazıçılarından Sevinc Nuruqızı və Reyhan Yusifqızı çıxış etmişlər. Yekunda Rafiq Yusifoğlu sanballı biblioqrafiya və Elektron Məlumat Bazasını hazırlayanlara, ön söz müəllifi İsa Həbibbəyliyə, çıxış eləyənlərə, təqdimat mərasimində iştirak edən Ədəbiyyat İnstitutunun, Əlyazmalar İnstitutunun, Azərbaycan Dillər Universitetinin, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına, ictimai təşkilatların nümayəndələrinə, iştirakçıların hamısına öz dərin təşəkkürünü bildirmişdir.
 
 Sevda Cəmilqızı
    Manevr.az







 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar