Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kanadada böyük qalmaqal - Atatürkü diktatorlar siyahısına saldılar - FOTO

Tarix: 19-04-2025 14:08     Baxış: 4333 A- / A+

Kanadanın Alberta əyalətində yerləşən bir liseydə verilən ev tapşırığı ölkələrarası qalmaqala səbəb olub.
Manevr.az xəbər verir ki, 12-ci sinif şagirdlərinə təqdim olunan "Bir diktator seç və təqdim et" mövzusunda tapşırıqda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı Benito Mussolini və Səddam Hüseyn kimi diktatorlarla eyni sırada yer alıb.
Edmonton şəhərində yaşayan 12-ci sinif şagirdi İlayda Güvənç bu təhqiredici tapşırığı gördükdən sonra ailəsinə məlumat verib. Ailənin təşəbbüsü ilə məsələ dərhal Türkiyənin Ottavadakı səfirliyinə çatdırılıb və rəsmi müstəvidə təqib olunmağa başlanılıb.
Məsələ ilə bağlı açıqlama verən Türkiyənin Kanadadakı səfiri Can Dizdar bildirib:
"Atatürkün bu cür təqdim olunması qəbuledilməzdir. Təəssüf ki, bu tip tək-tük hallarla qarşılaşa bilirik. Lakin bu hadisəyə qarşı göstərilən vətəndaş həssaslığı çox önəmlidir. Biz bu səhvin düzəldilməsi və təkrar olunmaması üçün bütün diplomatik addımları atacağıq " .
Artan ictimai təzyiqlərdən sonra Alberta Dövlət Məktəbləri Təhsil Məsləhətçisi Kim Smith məsələ ilə bağlı açıqlama verərək bildirib:
"Tapşırıq yenidən dəyərləndiriləcək. İstifadə olunan yazılı materialların düzəlişə ehtiyacı olduğu qəbul edilir".milli.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar