Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

18 yaşlı milyonçunu məşhur universitetlər rədd edir

Tarix: 12-04-2025 09:33     Baxış: 4295 A- / A+

Amerikalı 18 yaşlı sahibkar Zak Yadeqari hazırladığı proqramla milyonlarla dollar qazanır. Lakin bu böyük uğur ABŞ-nin ən nüfuzlu universitetlərinin diqqətini cəlb etmək üçün kifayət etmir. Harvard, Kolumbiya və Prinston da daxil olmaqla 15 universitet Yadeqarini qəbulunu rədd edib. 
Manevr.az xəbər verir ki, Yadeqari "Cal AI" proqramının yaradıcısıdır. 
Onun proqramı istifadəçilərin boşqablarındakı yeməklərin fotolarını çəkir və onların kalori və makronutrient dəyərlərini təhlil edir. Ötən ilin may ayında istifadəyə verilən proqram qısa zamanda 5 milyon dəfədən çox yüklənib və aylıq 2 milyon dollardan çox gəlir əldə edib.
Bütün bu nailiyyətlərə baxmayaraq, 4.0 GPA və 36-dan 34 ACT balı olan Yadeqari, müraciət etdiyi 18 universitetdən yalnız üçünə qəbul olub: Georgia Tech, Texas Universiteti və Mayami Universiteti.
O, Harvard, Kolumbiya kimi Ali Təhsil ocaqlarının hansı səbəbdən ona rədd cavabı verdiyini bilmir.  Gənc oğlan bu istedadına görə, digər həmyaşıdlarından fərqləndiyini bildirib.(Unikal)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar