Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdaban faciəsinin qurbanları anıldı

Tarix: 08-04-2025 18:16     Baxış: 4292 A- / A+
Ağdaban faciəsinin 33-cü ildönümü qeyd edilib. 
Manevr.az xəbər verir ki, Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Heydər Bəylərov, Faiq Mehdiyev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və faciə şahidləri iştirak edib.
Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına ehtiramlarını bildiriblər.
  Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hadisə şahidləri  və digər natiqlər çıxış edərək bildiriblər ki, Kəlbəcərin işğalından bir il əvvəl Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Bu hadisə Azərbaycanın gözəl guşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım faktıdır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayətdir. Ermənilər təkcə Ağdabanda insanlara divan tutmayıblar, onlar tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyərətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandallığın davamı kimi, Azərbaycanın klassik aşıq şeirinin ustadı şair Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub. Şükür olsun ki, bu gün Qarabağımız, o cümlədən Kəlbəcərimiz azaddır və faicə qurbanlarının qisasını mənfur düşmənlərdən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəşadətli ordusu alıb.Bu gün ağdabanlılar Ağdaban kəndində faciə qurbanlarını yad edirlər.Eyni zamanda hadisə şahidləri bildiriblər ki, bu gün hər bir azərbaycanlı kimi onlarda şaddırlar, doğmalarının qisaslarını aldıqlarına görə dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və onun məğrur ordusuna minnətdardırlar. Tədbir iştirakçıları Ağdaban faciəsinin bütün bəşəriyyətə və insanlığa qarşı soyqırım kimi qiymətləndirmiş və bu soyqırım həqiqətlərini gənclərimizə çatıdırılmasının vacibliyini vurğulamışdırlar.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar