Xəbər lenti
Hökumə Əliyevanın xatirəsinə həsr edilən "Səma mələyi" adlı kitab nəşr edildi
Təyyarə bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsinə həsr edilən "Səma mələyi" adlı kitab nəşr edilib.
Kitabın tərtibçis Adim Adıgözəlin Manevr.az-a bildirdiyinə görə, kitab üç bölmədən ibarətdir:
"Birinci bölmədə mənim yazdığım oçerk, ikinci bölmədə Hökumə Əliyevanın xatirəsinə həsr edilən şeirlər, üçüncü hissədə isə xatirələr verilib. Eyni zamanda kitabda Milli Qəhrəmanın geniş tərcümeyi-halı və ömrünün müxtəlif məqamlarını əks etdirən şəkillər yer alır.
Toplunun "Ön söz" müəllifi və redaktoru Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigardır", o bildirdi.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub.
Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda dəfn edilib.
O, 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirmişdir. Atası Cəlil Əliyevin sözlərinə görə, bu onun doktoranturasının son ili idi. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa olaraq işləməyə başlayan Hökumə Əliyeva yaxın günlərdə hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar