Xəbər lenti
"Əsgərləri öldürməliydik" -ələ keçirilən erməni kəşfiyyatçısı-VİDEO

Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısı alınıb. Düşmən hərbçiləri itki verərək geri çəkilməyə məcbur edilib. Əsgərlərimiz Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun bir üzvünü ələ keçiriblər. Əsir düşən hərbçi təxribat törətmək istədiklərini etiraf edib.
İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
Bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.
Nəticədə təxribat qrupunun bir üzvü ələ keçirilib. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvü, 43 yaşlı Zaver Hovanis Karapetyan kənd sakini olduğunu və pul müqabilində döyüş növbətçiliyinə cəlb olunduğunu deyib.
O, əsas məqsədlərinin Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərinə daxil olaraq əsgərləri öldürmək olduğunu deyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar