Xəbər lenti
Ermənilər Azərbaycana qarşı təxribat hazırlayırlar - MAYIN 28-DƏ
Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 mayda ermənilər tərəfindən təxribat hazırlanır.
Manevr.az-ın apa-ya istinadən məlumatına görə, Kursk erməni gənclər Assosiasiyası həmin gün şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıblar.
Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər.
Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev APA-ya bildirib ki, azərbaycanlı gənclər məsələdən xəbərdardırlar və bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi, eləcə də digər qurumlara müraciət hazırlayaraq ciddi etirazlarını bildirəcəklər: “Rusiyada hər kəs mübaliğəsiz bilir ki, Şuşa Azərbaycanın şəhəridir və tarixən də azərbaycanlıların olub. İndi belə bir real faktın açıq aksiya formasında təhrif olunması, xüsusilə də həmin bölgədə münaqişənin, şəhərin ermənilər tərəfindən işğalının davam etdiyi zamanda baş verməsi ciddi təxribata hesablanıb. Əminik ki, Rusiya yetkililəri buna imkan verməyəcəklər”.
Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar