Xəbər lenti
Düşmən tanklarını 100 km-dən məhv edən Azərbaycanın yeni fırtınası : “Zərbə-KH”
“Zərbə-KH” kumulyativ döyüş başlıqlı kamikadze pilotsuz uçuş aparatı (PUA) düşmənn cəbhənin yüz kilometrədək dərinliyindəki zirehli texnikasını və sığınacaqlarını məhv etməyə imkan verəcək.
Manevr.az xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov “AzeriDefence”yə müsahibəsində bildirib.

“Bundan sonra düşmənin – ermənilərin tank, piyada döyüş maşını və digər döyüş texnikası təmas xəttindən kilometrlərlə uzaqda dayanmalıdır. Daha o texnikalar heç bir işə yaramayacaq. “Zərbə” həm düşmənin texnikasının yerini kəşfiyyat etmək, həm də onları “ovlamaq” imkanına sahib son nəsil PUA-lardandır. Bu aparat ordumuza əlavə imkanlar qazandıracaq”, – nazir deyib.
“Zərbə” PUA-nın qəlpəli-fuqas başlıqlı konfiqurasiyasının testlərinin keçirildiyini və sifarişçiyə təhvil verildiyini deyən nazir Yavər Camalov “Zərbə-KH”nin kumulyativ döyüş başlığının MSN-in Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlandığını vurğulayıb.
“Bu başlığın PUA-ya inteqrasiyası “Aeronautics” şirkəti ilə birlikdə həyata keçiriləcək. Döyüş başlığı tam olaraq milli istehsaldır. Yaxın 3 ay ərzində “Zərbə”nin kumulyativ başlıqlı versiyasının testlərinə başlamağı düşünürük. Fuqas başlıqlıdan fərqli olaraq çalışmışıq ki kumulyativdə partlayıcı hissəni artıraq ki məhvetmə gücü böyük olsun”, – deyə Y.Camalov bəyan edib.
Nazir onu da bildirib ki, “Zərbə-KH” 100 km məsafədə kəşfiyyat apara və düşmənə zərbə endirə biləcək. “Orbiter-2” dizaynına əsaslanan “Zərbə” mürəkkəb radiomühitdə belə fəaliyyət göstərə bilir. PUA istifadə edilmədikdə geri qaytarıla bilər.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar