Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ermənistana NEFT SATACAQ

Tarix: 08-12-2025 23:25     Baxış: 355 A- / A+
Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk dəfə həyata keçiriləcək tranzitinə əlavə rüsum tətbiq etməyəcək.

Bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bundan əvvəl bəzi Azərbaycan mediasında Gürcüstanın tranzit üçün hər ton üzrə 92 dollar tələb etdiyi barədə iddialar yayılmışdı. Gürcüstan tərəfi bu məlumatları təkzib edib.

Nazirliyin açıqlamasına görə, dekabrın 5-də Azərbaycan tərəfi Gürcüstan hökumətinə yanacağın Ermənistan istiqamətində birdəfəlik tranziti üçün müraciət edib. Baş nazir İrakli Kobaxidzenin göstərişi ilə “Gürcüstan Dəmir Yolları”na həmin yükün tamamilə pulsuz daşınması tapşırılıb.

Rəsmi Tiflis bildirib ki, Gürcüstan hər zaman Azərbaycan və Ermənistan üçün etibarlı və strateji tərəfdaş olub və regionda sülhün, sabitliyin qorunmasına dəstək verir.

Qeyd edək ki, ötən ay - noyabrın 5-də və 8-də - 35 ildən sonra ilk dəfə Rusiya və Qazaxıstandan Ermənistana buğda yüklərinin Azərbaycan və Gürcüstan üzərindən birbaşa dəmir yolu tranziti həyata keçirilmişdi. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar