Xəbər lenti
Minimum əməkhaqqıdan vergi tutulmamalıdır! - EKSPERT
Manevr.az xəbər verir ki, modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, minimum əməkhaqqı vergidən azad edilməlidir. Hazırda minimum əməkhaqqıya görə Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilir və bu vergi məbləği cəmi 6 manat təşkil edir.
“2026-cı ilin dövlət büdcəsi müzakirələrində əsas müzakirə mövzularından biri yeni artan vergi dinamikasıdır. 2026-cı ilin yanvarın 1-dən etibarən özəl sektor və qeyri-neft sektorunda vergilərin 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz artırılması nəzərdə tutulur”.
İqtisadçının sözlərinə görə, əsas məsələ minimum əməkhaqqının hansı məbləğdə müəyyən ediləcəyidir:
“Məsələn, hazırda minimum əməkhaqqı 400 manatdır. Bu halda əməkhaqqından vergi hesablanarkən əvvəlcə həmin 400 manat çıxılmalı, yalnız qalan məbləğ vergiyə cəlb edilməlidir. Bir çox ölkələrdə də məhz bu yanaşma tətbiq olunur. Məsələn, vətəndaş 1000 manat maaş alırsa, əvvəlcə 400 manat (minimum əməkhaqqı) çıxılır və yalnız yerdə qalan 600 manatın vergisi hesablanır”.
Natiq Cəfərlinin sözlərinə görə, bu yanaşma dəfələrlə təklif edilib və hesab edilir ki, o, ən düzgün mexanizmdir:
“Ümid edirik ki, büdcə layihələrinin müzakirəsi zamanı bununla bağlı tələb olunan qanun layihələrinin qəbulu da nəzərdə tutulacaq. Bu halda təklifimiz nəzərə alınacaq və reallaşa bilər.
Nəticə etibarilə, minimum əməkhaqqı vergidən azad ediləcək və yalnız minimum əməkhaqqını aşan hissədən vergi tutulacaq”,- deyə o bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































