Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Mehdiyevlərin bankı bağlanacaq? - RƏSMİ AÇIQLAMA

Tarix: 22-10-2025 12:56     Baxış: 429 A- / A+


 
Bu ilin ilk 3 rübünün yekununda "Bank BTB" ASC-nin xalis zərəri 641 min manat olub.  4 ildir "Bank BTB" ASC zərərlə işləyir. Belə ki, 2024-cü ildə bankı xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.
Bu isə öz növbəsində bankın bağlana biləcəyi ehtimlarının vətəndaşlar arasında yayılmasına səbəb olub. Digər tərəfdən isə bankın Mehdiyevlər ailəsinə məxsus olması və Ramiz Mehdiyevin həbsi bu iddiaları daha da gücləndirib.
Manevr.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uzun müddətdir ki, zərərlə işləyən "Bank BTB" ASC-nin bağlanması ehtimalına münasibət bildirib.
"Hazırda "Bank BTB"nin AMB-nin tələblərinə cavab vermədiyi hallar yoxdur. Bank dayanıqlıdır, bütün prudensial tələbələrimizə cavab verir", - deyə o qeyd edib.
Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. "Bank BTB"nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlindir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar