Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Su tarifləri ilə bağlı Tarif Şurasına təklif təqdim ediləcək

Tarix: 03-10-2025 15:44     Baxış: 368 A- / A+



"Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələrini araşdırmışıq. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır. Bu məsələ “Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyası”da hədəf kimi göstərilib. Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik".
Manevr.az xəbər verir ki, ll Milli Rəqabət Forumu çərçivəsində təşkil olunan “ Təbii İnhisarların Tənzimlənməsi: Rəqabət və İctimai Maraqlar” 2-ci panel müzakirəsində Azərbaycan Dövlət Su Ehtiyatlarl Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.
O qeyd edib ki, diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir:
"Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər müəyyənləşdirilir.
Bizim strategiyadakı araşdırmalarımızın da məqsədi məhz belə əsaslandırılmış bir təklifi hazırlayıb Tarif Şurasına təqdim etməkdir. Bu məsələ üzərində iş davam edir, hələ təklifimizi rəsmi olaraq təqdim etməmişik.
Diferensial tarifin məqsədi aşağı gəlirli əhalini qorumaq, onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən etməkdir. Bu sahədə biz "Azərqaz" və "Azərişıq" təcrübəsindən də faydalanacağıq. Çünki onlarda diferensial tarif mexanizmi artıq tətbiq olunub. Hazırda yalnız su kommunal sahəsində belə bir mexanizm mövcud deyil. Gələcəkdə biz bununla bağlı təkliflərimizi təqdim edəcəyik".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar