Xəbər lenti 
					
 
		Bank kartları ilə bağlı vacib: limit azaldı, pul tutulur
 Bəzi banklar kartlardakı pulsuz xidmətin limitini iki dəfədən də çox aşağı endirib. Yəni əvvəl ay ərzində 7 min manata qədər əməliyyatlara görə faiz tutulmurdusa, indi bu rəqəm 3 min manata endirilib. Bəzi müştərilər isə limitin azaldılmasından xəbərdar olmadıqlarından, pul tutulmalarının səbəbini də bilmirlər.
Bəzi banklar kartlardakı pulsuz xidmətin limitini iki dəfədən də çox aşağı endirib. Yəni əvvəl ay ərzində 7 min manata qədər əməliyyatlara görə faiz tutulmurdusa, indi bu rəqəm 3 min manata endirilib. Bəzi müştərilər isə limitin azaldılmasından xəbərdar olmadıqlarından, pul tutulmalarının səbəbini də bilmirlər.Manevr.az xəbər verir ki bu barədə axar.az-a danışan iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bank müştərisinə hansı xidməti göstərirsə, həmin xidmətin də xərci və qazancı olur.
“Bankın heç bir xidməti pulsuz deyil. Bank hər hansı xidməti müəyyən məbləğədək və ya müddətədək pulsuz edirsə, bu, sadəcə müştəri cəlb etmək üçün kampaniya xarakteri daşıyır. Əslində isə bank həmin xərci başqa yerdən kompensasiya edir. Məsələn, hazırda nağdlaşdırmadan tutulan komissiyalar buna bir nümunədir”, - o qeyd edib.
Ekspertin sözlərinə görə, nağdlaşdırmanın bank üçün bir sıra xərcləri mövcuddur:
“Birincisi, bank nağd pulu Mərkəzi Bankdan alır və bunun üçün komissiya ödəyir. Yəni heç bir bank nağd pulu pulsuz əldə etmir. İkincisi isə nağd pul xidməti üçün əlavə xərclər yaranır: kassirlər və inkassatorlar saxlanılır, bankomatların işlək vəziyyətdə qalması təmin edilir, ofis kirayəsi və digər xərclər çəkilir. Bank bu xərcləri qarşılamaqla yanaşı, qazanc da əldə etməlidir. Axı bank xeyriyyə fondu deyil, kommersiya qurumudur”.
Ə.Həsənov əlavə edib ki, uzun illər Azərbaycanda banklar müştəri qazanmaq üçün kart xidmətlərini, pul köçürmələrini və hətta nağdlaşdırmanı pulsuz təqdim ediblər:
“Amma həmin xərclər başqa yolla – yüksək kredit faizləri hesabına qarşılanırdı. Banklar bütün xərclərini və qazancını əsasən borcalanlardan çıxırdı. Sonradan faizlər azaldı, lakin əvəzində banklar nağdlaşdırma və köçürmələrdə komissiyaları artırmağa başladılar”.
Onun sözlərinə görə, Avropa və digər inkişaf etmiş ölkələrdə də oxşar vəziyyət müşahidə olunur.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















