Xəbər lenti
Yanvardan maaş artımlarını ödəməyən metropolitendən AÇIQLAMA

Metropoliten əməkdaşlarının maaş artımı yanvar ayından indiyə kimi ödənilmir.
Manevr.az xəbər verir ki, bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-də çalışan əməkdaş müraciət ünvanlayıb.
"Artıq il başa çatır, amma bizim almalı olduğumuz artımları vermirlər. Səbəb kimi isə deyirlər ki, ümumi nəqliyyat sistemində heç yerdə maaş artımı ödənilmir. Əgər həqiqətən belədirsə belə o zaman niyə ödənilmir, səbəbi nədir? Bu barədə heç nə deyən yoxdur", - deyə şikayətdə vurğulanır.
Metropoliten əməkdaşlarının maaş artımının yanvar ayından indiyə kimi ödənilməməsi məsələsinə aydınlıq gətirilib.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
"Bildiririk ki, Sərəncamın icrasından irəli gələrək "Bakı Metropoliteni" QSC tərəfindən cari ilin yanvarın 1-dən müvafiq tədbirlər həyata keçirilərək minimum əməkhaqqında edilən dəyişiklik qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin əməkhaqqına tətbiq olunub.
Bakı Metropoliteni üçün işçilərin rifahı və əməyinin dəyərləndirilməsi prioritet məsələdir. Hazırda bu məqsədlərə uyğun əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələr aparılır. Struktur islahatları çərçivəsində maliyyə və təşkilati məsələlərlə yanaşı, əməkhaqlarına yenidən baxılması da kompleks şəkildə nəzərdən keçirilir.
Həmin prosesin həyata keçirilməsi müəyyən zaman tələb edir və biz əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanır, onlara təşəkkürümüzü bildiririk", - deyə məlumatda vurğulanır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar