Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

ING Azərbaycanda 2025-ci il üçün inflyasiya proqnozunu yeniləyib

Tarix: 12-09-2025 11:22     Baxış: 329 A- / A+
ING Azərbaycanda 2025-ci il üçün inflyasiya proqnozunu yeniləyib
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2025-ci ildə orta illik inflyasiyanın 5,5 %, 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 % səviyyəsində olacağını proqnozlaşdırır.
ING xəbər verir ki, əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,1 faiz bəndi artıb, növbəti iki il üçün isə dəyişməz qalıb.
Bank analitikləri 2025-ci ilin III rübündə inflyasiyanın 4,9 % (+0,1 faiz bəndi), IV rübündə isə 5,2 % (+0,1 faiz bəndi) təşkil edəcəyini gözləyirlər.
2026-cı ilin I rübündə ING orta illik inflyasiyanın 5 %, II rübdə 5,3 %, III rübdə 5,3 %, IV rübdə isə 5,7 % səviyyəsində olacağını gözləyir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə isə 4,3 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin iyul ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,7 %, gələn ildə isə 5,3 % təşkil edəcək.
BMT-nin gözləntilərinə görə, Azərbaycanda inflyasiya bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın 2,3 % təşkil edəcəyini gözləyir.
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,7 %, illik inflyasiyanı isə 5,2 % səviyyəsində proqnozlaşdırır. 2026-cı ildə orta illik inflyasiya fondun gözləntilərinə görə 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.
Beynəlxalq reytinq agentlikləri "S&P Global" və "Moody"s" Azərbaycanda bu il orta illik inflyasiyanı %, gələn il isə 3 % səviyyəsində, "Fitch Ratings" isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 % olacağını proqnozlaşdırır.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-avqust aylarında isə 5,6 % təşkil edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar