Xəbər lenti 
					
 
		Bankların keşbek faizləri niyə azalır? – Ekspert
 Bankların keşbek layihələri tamamilə onların könüllü təşəbbüsüdür və heç kim onları buna məcbur etmir. Sadəcə banklar müştəri cəlb etmək üçün müxtəlif xərclər çəkirlər, reklam kampaniyaları aparırlar. Keşbek də bu strategiyanın bir elementi idi və müştəri qazanmaqda uğurlu oldu.
Bankların keşbek layihələri tamamilə onların könüllü təşəbbüsüdür və heç kim onları buna məcbur etmir. Sadəcə banklar müştəri cəlb etmək üçün müxtəlif xərclər çəkirlər, reklam kampaniyaları aparırlar. Keşbek də bu strategiyanın bir elementi idi və müştəri qazanmaqda uğurlu oldu.Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bankların keşbek siyasətindəki dəyişikliklərdən danışarkən deyib.
Ekspert bildirib ki, banklar keşbek layihələrini həm də gələcəkdə əlavə xidmətlər satmaq məqsədilə həyata keçiriblər:
“Bank müştəriyə keşbek verərək onu sistemə cəlb edir. Sonra həmin müştərinin valyuta mübadiləsi əməliyyatlarından, kartdan-karta köçürmələrdən, nağd pul çıxarışından və hətta kredit məhsullarından gəlir əldə edə bilir. Yəni bank keşbek vasitəsilə müştəri ilə uzunmüddətli münasibət qurur və əlavə qazanc imkanları yaradır. Amma layihə kütləviləşdikcə xərclər idarəolunmaz həddə yüksəlir. Bu da bankı məcbur edir ki, keşbek faizlərini azaltsın və strategiyanı yenidən dizayn etsin”.3
Xalid Kərimli əlavə edib ki, keşbek proqramlarının tamamilə ləğv olunması da mümkündür:
“Bank hər ay bu layihələri təhlil edir və xərclər faydadan çox olanda strategiyanı dəyişir. Əgər layihə bank üçün sərfəli olmazsa, onu tamamilə dayandıra da bilər. Burada bankları günahlandırmaq düzgün deyil – bu, sırf onların marketinq və satış strategiyasıdır”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















