Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bankların keşbek faizləri niyə azalır? – Ekspert

Tarix: 05-09-2025 08:59     Baxış: 373 A- / A+
Bankların keşbek layihələri tamamilə onların könüllü təşəbbüsüdür və heç kim onları buna məcbur etmir. Sadəcə banklar müştəri cəlb etmək üçün müxtəlif xərclər çəkirlər, reklam kampaniyaları aparırlar. Keşbek də bu strategiyanın bir elementi idi və müştəri qazanmaqda uğurlu oldu.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bankların keşbek siyasətindəki dəyişikliklərdən danışarkən deyib.
Ekspert bildirib ki, banklar keşbek layihələrini həm də gələcəkdə əlavə xidmətlər satmaq məqsədilə həyata keçiriblər:
“Bank müştəriyə keşbek verərək onu sistemə cəlb edir. Sonra həmin müştərinin valyuta mübadiləsi əməliyyatlarından, kartdan-karta köçürmələrdən, nağd pul çıxarışından və hətta kredit məhsullarından gəlir əldə edə bilir. Yəni bank keşbek vasitəsilə müştəri ilə uzunmüddətli münasibət qurur və əlavə qazanc imkanları yaradır. Amma layihə kütləviləşdikcə xərclər idarəolunmaz həddə yüksəlir. Bu da bankı məcbur edir ki, keşbek faizlərini azaltsın və strategiyanı yenidən dizayn etsin”.3
Xalid Kərimli əlavə edib ki, keşbek proqramlarının tamamilə ləğv olunması da mümkündür:
“Bank hər ay bu layihələri təhlil edir və xərclər faydadan çox olanda strategiyanı dəyişir. Əgər layihə bank üçün sərfəli olmazsa, onu tamamilə dayandıra da bilər. Burada bankları günahlandırmaq düzgün deyil – bu, sırf onların marketinq və satış strategiyasıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar