Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda “keşbek dövrü” sona çatır

Tarix: 25-08-2025 12:39     Baxış: 347 A- / A+

Azərbaycanda “keşbek dövrü” SONA ÇATIR

Müştərilərin diqqətini cəlb etmək və gündəlik nağdsız ödənişləri stimullaşdırmaq üçün bankların uzun illərdir istifadə etdiyi əsas üsullardan biri "keşbek kampaniyaları" olub. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, müştəri kartla ödəniş etdikdə müəyyən faizlə pul geri qaytarılır. İlk mərhələdə bu təşviqlər həm bank kartlarına olan marağı artırmaq, həm də nağdsız ödənişləri stimullaşdırmaq baxımından olduqca effektiv alət idi. Banklar bu yolla həm yeni müştərilər cəlb edir, həm də mövcud müştəriləri daha çox kartla alış-veriş etməyə həvəsləndirirdilər.

Son aylarda isə bank sektorunda diqqətçəkən dəyişiklik müşahidə olunur, illərlə müştərilərin ən sevimli kampaniyalarından sayılan “keşbek” sistemi getdikcə zəifləyir. Bir çox banklar keşbek faizlərini minimuma endirib, hətta ən çox istifadə edilən mağaza, yanacaqdoldurma məntəqələri və restoran kateqoriyalarında belə geri ödənişlər bəzən cəmi 0.5 faizə qədər azaldılıb. Hətta bəzi banklar isə ümumiyyətlə bu kampaniyalardan imtina edərək, “keşbek dövrünün” artıq sona yaxınlaşdığını göstərirlər.

Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında keşbek faizlərinin aşağı düşməsinə aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, bu tendensiya təkcə bankların qərarı deyil, əslində bazarda formalaşan yeni reallıqlarla bağlıdır. Onun sözlərinə görə, keşbek kampaniyalarının əsas məqsədi insanları kartdan istifadəyə alışdırmaq idi.

“Bu mərhələ artıq demək olar ki, başa çatıb. Bu gün əhalinin böyük əksəriyyəti gündəlik alış-verişlərini nağdsız, yəni kart vasitəsilə həyata keçirir. Başqa sözlə desək, insanlar kartla ödənişə vərdiş edib və bu davranış artıq adi bir hal alıb”.
İqtisadçı ekspert bildirib ki, banklar üçün keşbek kampaniyaları əvvəlki kimi cəlbedici deyil:
“Belə təşviqlər onların birbaşa gəlir və mənfəətindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. Artıq kartdan istifadənin özü müştəri üçün bir üstünlük hesab olunduğuna görə, əlavə olaraq, motivasiya verməyə ehtiyac qalmır. Bu səbəbdən banklar keşbekləri ya azaldır, ya da tamamilə ləğv edir”.
N.Cəfərli onu da əlavə edib ki, bu tendensiya yaxın gələcəkdə də davam edəcək:
“Keşbek kampaniyaların aparılmasında ilkin məqsəd insanları nağdsız ödənişə yönləndirməkdir ki, bu da artıq geniş miqyasda reallaşıb və sözügedən vərdişin formalaşmasından sonra banklar üçün keşbek vermək əlavə xərc kimi dəyərləndirilir”, - deyə iqtisadçı ekspert bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar