Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

ARDNF qızılın alışını dayandırdı

Tarix: 23-07-2025 17:15     Baxış: 3119 A- / A+
ARDNF qızılın alışını dayandırdı
Bu ilin II rübündən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıla investisiya qoyuluşunu dayandırıb.
Manevr.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
"ARDNF-in investisiya siyasətinə uyğun olaraq, qızıl altportfelinin payı ümumi investisiya portfelinin 25 %-i qədər müəyyən edilib, bu hədəfdən maksimal yuxarı uzaqlaşma intervalı isə 4 % təsbit olunub. 2025-ci ilin II rübündə Fondun qızıl altportfeli ilkin planlamaya əsasən nəzərdə tutulmuş həddə çatdırılaraq ümumilikdə 181,1 ton təşkil edib. Bu səbəbdən qeyd olunan dövrdən etibarən qızıl üzrə yeni investisiya əməliyyatlarının həyata keçirilməsi müvəqqəti dayandırılıb. Bununla yanaşı, bazar şərtləri və investisiya portfelinin ümumi vəziyyətindən asılı olaraq, gələcəkdə bu məsələyə yenidən baxılması mümkündür", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, II rübdə ARDNF 15,8 ton qızıl alıb. İyulun 1-nə Fondun investisiya portfelində qızılın xüsusi çəkisi 28,8 % olub ki, bu da aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar