Xəbər lenti
AYNA-nın yeraltı avtomobil dayanacaqlarının mühafizəsi 11 faiz bahalaşdı

Söhbət Hökumət evinin qarşısındakı və Qış parkındakı yeraltı avtomobil dayanacaqlarından gedir.
Belə ki, AYNA sözügedən dayanacaqların mühafizə xidmətlərinin satınalınması ilə bağlı "Kapital Security" QSC ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, həmin dayanacaqların bir illik mühafizəsi 277 238,07 manata başa gələcək. Başqa sözlə, dayanacaqların mühafizəsinin aylıq xərcləri isə 23 min 100 manat olub. Ötən il isə AYNA həmin dayanacaqların bir illik mühafizəsinə 249 705,94 manat (aylıq 21 min manata yaxın) vəsait xərcləyib.
Beləliklə, AYNA Hökumət evinin qarşısındakı və Qış parkındakı yeraltı avtomobil dayanacaqlarının mühafizə xərclərini 27 532,13 manat və ya təxminən 11% artırıb. iqtisadiyyat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar