Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə əmlak vergisində güzəştlər edilir

Tarix: 26-05-2025 11:02     Baxış: 4103 A- / A+


Əmlak vergisi üzrə bəzi güzəştlər LƏĞV EDİLİR
Vergi Məcəlləsinə əsasən, vətəndaşlar mülkiyyətində olan daşınmaz əmlaka görə əmlak vergisi verilməlidir. Qanunvericiliyə uyğun olaraq bu vergiləri toplamaq bələdiyyələrə həvalə edilib. Qanunda bəzi vətəndaşlara əmlak vergisində güzəşt də nəzərdə tutulur. Onların ödəməli olduğu vergi müəyyən qədər azaldılır. 

Bəs bu kateqoriyaya kimlər aiddir və qanunda nə qədər güzəşt nəzərdə tutulur? 
Manevr.az xəbər verir ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslərdən əmlak vergisi yaşayış sahəsinin hər kvadrat metrinə əsasən hesablanır. Bakı şəhərində evin hər kvadrat metri üçün əmlak vergisi 40 qəpik müəyyən edilib. Paytaxt 14 zonaya bölünür və zonalara görə qiymətlər 70-1.50 qəpik aralığında əmsala vurulur. Başqa sözlə desək, əmlak vergisi hər kvadrat metr üçün 28-60 qəpik arası dəyişir. Bölgələrdə isə bu rəqəm daha aşağıdır. Yaşayış sahələrinə görə əmlak vergisinin hesablanması zamanı ümumi bir güzəşt var. 
Məsələ ilə bağlı Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev bildirib ki, hesablama aparılarkən həmin sahənin 30 kvadrat metrinə qədər olan hissə əmlak vergisinə cəlb olunmur:
"Bu ümumilikdə bütün vətəndaşlara olunan güzəştdir. Şəhid ailələri, Vətən Müharibəsi qəhrəmanları, müharibə əlilləri, müharibə veteranları, Çernobl əlilləri və digər güzəştli kateqoriyadan olan şəxslərə əlavə güzəştlər də nəzərdə tutulub. Onların əmlak vergisi 30 manat azaldılır. Yəni, həm əmlakın 30 kvadratı vergidən azad olunur, həm də ödənməli olan vergidən 30 manat çıxılır". 
Qeyd edək ki, əmlak vergisi yalnız çıxarışı olan əmlaklara görə ödənilir. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar