Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

Tarix: 23-05-2025 19:38     Baxış: 4136 A- / A+


Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4
Vitrində qiyməti 1 manat yazılan məhsulu kassada 4 manat hesabladılar.
Bakı sakini bildirib ki, o, marketlərdən birindən alış-veriş etdiyi zaman kassada qiymətin vitrindəkindən dəfələrlə yüksək hesablandığını görüb.
“Bildirəndə ki, “axı vitrində başqa qiymət yazılmışdı”, dedilər, “biz nə edək?”, “ya al, ya da get”,“endirimin vaxtı 1 saat əvvəl bitib.  
Endirim bitibsə, qiymətləri yeniləyin desəm də, bir işə yaramadı. Məcbur əlimi, qolumu yanıma salıb, marketdən çıxdım”,-deyə şikayətçi qeyd edib. 
Bu kimi hallarla ömrümüzdə ən az 1 dəfə də olsa, qarşılaşmışıq. Bəzən utanıb, üz vurmadan məhsulu alıb getsək də, ürəyimizdə “axı vitrində daha ucuz idi, niyə kassada başqa məbləğ aldılar məndən” demişik...
Bəs bu halda bizim hüquqlarımız nələrdir? Məhsulu vitrində gördüyümüz qiymətə ala bilərikmi? 
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, vitrin yaxud piştaxtada yazılan qiymətə uyğun istehlakçılarla hesablaşmalar aparılmalıdır:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı istehlakçını maraqlandıran malın, işin, xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Malın adı, çəkisi və növü qablaşdırmada göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri qeyd olunmalıdır.
Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulması, yəni malın hesabına dair istehlakçıların aldadılması hesab olunur.
İstehlakçı məhsul alarkən vitrinlə kassa qiymətləri arasındakı fərqlə qarşılaşdığı zaman mağaza rəhbərliyinə müraciət edə və məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb edə bilər. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində istehlakçıların malın hesabına dair aldadılmasına görə məsuliyyət nəzərdə tutulub. 
İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda elektron poçt (office@competition.gov.az) və ya rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər".
Görürən odur ki, qanun da istehlakçı tərəfdədir. Buna görə də, eyni yaxud bənzər hallarla rastlaşdıqda hüquqlarınızı tələb etməyi unutmayın.lent.az


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar