Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mövsüm meyvələri niyə bahadır? - İqtisadçı

Tarix: 10-04-2025 12:14     Baxış: 3139 A- / A+


Ola bilər ki, hazırda bazarda olan məhsul yerli istehsal deyil. Çünki bizdə mövsüm meyvə-tərəvəzləri may ayında yetişməyə başlayır. Həmin vaxt məhsul bolluğu artır, təklif çoxalır və qiymət də buna uyğun formalaşır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı Ruslan Atakişiyev mövsüm meyvə və tərəvəzlərinin bahalığı ilə bağlı danışarkən deyib.
İqtisadçı qeyd edib ki, indiki dövrdə məhsulların bazara az çıxmasının bir neçə səbəbi var:
“Bəzən məhsulların keyfiyyəti zəif olur, ona görə də qurudularaq saxlanılır. Bu məhsullar xüsusi qablaşdırmada qorunur və mövsüm olmayan dövrlərdə satışa çıxarılır. Rusiyaya və digər xarici bazarlara satış gücləndikdə də daxili bazarda məhsul azalır və bu da qiymət artımına səbəb olur”.
Ekspertin fikrincə, məhsulun qiymətinin artmasına təsir edən əsas amillərdən biri də vasitəçilərin çoxluğudur:
“Məhsul istehsalçısından son alıcıya çatanadək arada çox sayda vasitəçi olur. Məsələn, kəndli bir məhsulu bir qiymətə satır, kənddəki alıcı onu topdan alır və Bakıya göndərir. Bakıya çatan məhsulu şəhərdəki alıcı topdan alır və onu pərakəndə satıcılara satır. Bu prosesdə azı 3 vasitəçi olur. Bu da məhsulun qiymətini artırır”.
Qeyd edək ki, qiymət fərqləri bölgələrə və satış məntəqələrinə görə dəyişir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar