Xəbər lenti
Son 5 ildə Azərbaycana ən çox sərmayə yatıran ölkələr

2020-2024-cü il aralığında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 29 mlrd. 303 mln. 112 min ABŞ dolları (bundan sonra dollar) təşkil edib.
Manevr.az valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Belə ki, bu məbləğin böyük hissəsi Birləşmiş Krallıq tərəfindən yatırılıb.
Birləşmiş Krallıq tərəfindən 2020-ci ildə 1 mlrd. 680 mln. 899 min dollar, 2021-ci ildə 1 mlrd. 586 mln. 614 min dollar, 2022-ci ildə 1 mlrd. 759 mln. 946 min dollar, 2023-cü ildə 1 mlrd. 857 mln. 64 min dollar və 2024-cü ildə 1 mlrd. 748 mln. 822 min dollar olmaqla 5 ilə toplamda 6 mlrd. 876 mln. 104 min dollar investisiya yatırılıb.
Azərbaycan tərəfindən xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyalar isə 8 mlrd. 102 mln. 79 min dollar təşkil edib.
Belə ki, 2020-ci ildə 1 mlrd. 243 mln. 538 min dollar, 2021-ci ildə 825 mln. 793 min dollar, 2022-ci ildə 1 mlrd. 152 mln. 617 min dollar, 2023-cü ildə 3 mlrd. 117 mln. 441 min dollar və 2024-cü ildə 1 mlrd. 762 mln. 690 min dollar xarici iqtisadiyyata birbaşa investisiya yatırılıb.
Ən çox investisiya yatırılan ölkələrin siyahısına Türkiyə başçılıq edib. Son 5 ildə bu ölkəyə Azərbaycandan 2 mlrd. 925 mln. 235 min dollar birbaşa investisiya yatırılıb.
2020-2024-cü illərdə qonşu dövlətlərdən Gürcüstana toplamda 392 mln. 888 min dollar, Rusiyaya isə 240 mln. 723 min dollar sərmayə yatırılıb.
Sözügedən dövrdə qonşu ölkələrdən Türkiyə 4 mlrd. 929 mln. 215 min dollar, İran İslam Respublikası 1 mlrd. 596 mln. 505 min dollar, Gürcüstan 176 mln. 890 min dollar, Rusiya Federasiyası isə 1 mlrd. 578 mln. 981 min dollar həcmində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatırıb.qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar