Sizin Reklam Burada
Xəbər lenti
07-02-2025
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yağın qiymətində 14 ay ardıcıl bahalaşma olub - İqtisadçı

Tarix: 07-02-2025 21:27     Baxış: 332 A- / A+
Yağın qiymətində 14 ay ardıcıl bahalaşma olub - İqtisadçı

Xəbər verdiyimiz kimi, son aylarda yağların qiymətində artım müşahidə olunur. İstər kərə, istərsə də duru yağların qiymətində bahalaşma qeydə alınıb. Bir-iki ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir. Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6% artıb.

Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a açıqlamasında bildirib ki, dünya bazarında baş verən proseslər yerli bazara da təsirsiz ötüşməyib. Onun sözlərinə görə, BMT Dünya Ərzaq Təşkilatının ərzaq qiymətləri indeksinə əsasən, 2024-cü il ərzində süd və ağartı məhsullarının qiymətində davamlı artım qeydə alınıb:

Bakupost.az
“İl ərzində 17 faiz yüksəlmə müşahidə olunub. Bu indeksin ən çox yüksəlməsinə səbəb isə yağ qiymətləri olub. Yağ qiymətlərinə baxanda isə ötən ilin dekabrı istisna olmaqla, ardıcıl 14 ay ərzində bahalaşma qeydə alınıb. Bu, həm MDB məkanı, həm də Qərbi Avropa həm də Azərbaycan bazarında mühüm rol oynayan Okeaniya, Yeni Zelandiya və Avstraliyada qiymətlərin bahalaşması fonunda baş verib. Əsas səbəb yağ məhsuluna olan tələbatın artması ilə əlaqədar birjalarda qiymətlərin yüksəlməsi olub”.

X.Kərimlinin sözlərinə görə, Azərbaycan bazarında qiymətlərin formalaşmasında idxal mühüm rol oynayır:

“Hətta yerli yağ istehsalçıları üçün də əsas inqrediyentlər xaricdən idxal olunur. Azərbaycanın yağ bazarında qiymətlər əsasən, MDB məkanından, xüsusilə Rusiya və Belarusdan, həmçinin Qərbi Avropa ölkələrindən və Okeaniya zonasından idxal edilən kənd təsərrüfatı məhsullarının hesabına formalaşır.”

Ekspert bildirir ki, dünya bazarında qiymətlərin artması daxili bazarda da yağ məhsullarının qiymətinin yüksəlməsinə kəskin təsir göstərib:

“Hazırda bazarda ən azı 20-25 faizlik qiymət artımı müşahidə olunur. Ötən ilin dekabrında isə yağ bazarında qiymət artımı dayanıb. İndiki rəqəmlər göstərir ki, dünya bazarında yağ qiymətlərinin artmasında iki mərhələdə fasilə yaranıb. Təbii ki, bu, müəyyən korreksiyalardan sonra bizim bazarda da qiymət artımının dayanacağını gözləməyə əsas verir. Bu baxımdan, yağ bazarında tədricən stabilləşmə müşahidə edəcəyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar