Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla oyunu buraxıb Dubaya getmişdi

Tarix: 20-11-2025 22:31     Baxış: 392 A- / A+
Azərbaycanla oyunu buraxıb Dubaya getmişdi
Fransa millisinin düşərgəsini sağ ayağındakı iltihab səbəbindən vaxtından əvvəl tərk edən Kilian Mbappe gözlənildiyinin əksinə olaraq birbaşa Madridə qayıtmayıb.
Manevr.az xəbər verir ki, Fransa Futbol Federasiyası hücumçunun oynaya bilməyəcəyini açıqlamış və onun Madridə dönərək əlavə tibbi müayinə olunacağını bildirmişdi.
Buna baxmayaraq, Fransanın “L’Équipe” nəşri Mbappenin instaqram paylaşımında görünən baqaj etiketlərinə əsasən, futbolçunun şənbə günü səhər Parisdən Dubaya uçduğunu yazıb. Məlumata görə, ulduz futbolçu Dubaydakı “Atlantis The Royal” hotelində bir neçə gün qalıb, həmçinin “Padel One” klubuna baş çəkib. Onun orada məşq edib-etmədiyi isə dəqiq bilinmir.
Qeyd edək ki, Azərbaycan – Fransa (1:3) matçını zədəsinə görə buraxan futbolçunun bu gün və ya sabah Madriddə “Real”ın məşqlərinə qoşulacağı və bazar günü keçiriləcək “Elçe” ilə oyunda start heyətdə yer alacağı gözlənilir.
Qəzet həmçinin vurğulayıb ki, “Real Madrid” rəhbərliyi hazırda Mbappenin zədəsindən çox PSJ ilə davam edən məhkəmə prosesi fonunda onun psixoloji durumundan narahatdır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar