Xəbər lenti
"Qarabağ"ın futbolçusu Premyer Liqada ilk het-trikinə imza atıb

"Qarabağ"ın futbolçusu Toral Bayramov Premyer Liqada ilk het-trikinə imza atıb.
Manevr.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu bunu Misli Premyer Liqasının V turunda "Araz-Naxçıvan"la səfər oyununda üç qola imza atmaqla reallaşdırıb.
Bu həm də cari mövsümün ilk het-triki olub. Toral 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu ünvanına sahib çıxıb. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.
Onun ikinci qolu Premyer Liqada 20-ci topu olub. Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.
İki dəfə penaltidən fərqlənən yarımmüdafiəçi Premyer Liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.
Qeyd edək ki, "Qarabağ" "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəlib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























