Xəbər lenti 
					
 
		Qurban Qurbanovdan qələbə şərhi: Futbolçulara demişdim ki...

"Qarabağ" futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.
Manevr.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdə qazanılan tarixi qələbədən danışıb:
"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir. Onlar topla çox yaxşı rəftar etməyi bacarırlar. Oyundan əvvəlki mətbuat konfransında futbolçularımın çətinlik çəkəcəyini demişdim. Şükürlər olsun ki, qələbə qazandıq. "Benfika"ya qarşıdakı matçlarda uğurlar arzu edirəm".
O, bu cür matçlarda qazanılan qələbələrin asan başa gəlmədiyini bildirib:
"Futbol artıq elə bil səviyyəyə çatıb ki, burada asan rəqib olmur. Mən futbolçulara ilk dəqiqədən etibarən demişdim ki, bu oyundan həzz almalıyıq. Çünki bu, Çermpionlar Liqasının qarşılaşması idi. Oyunçularımın üzərinə gedirdim ki, biz daha cəsarətli olmalıyıq. Səhvlər gözlənilən idi, çünki qarşımızda güclü komanda var idi. Bununla belə, öz oyunumuzu itirmədik".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















