Xəbər lenti
"Real Madrid" Ardanın qolu ilə qələbə qazandı

İspaniya La Liqasında 4-cü turda "Real Sosyedad" "Real Madrid"i qəbul edib.
Manevr.az xəbər verir ki, San-Sebastyandakı "Real Arena" stadionundakı qarşılaşmada qonaqlar 1:2 hesabı ilə qalib gəliblər.
12-ci dəqiqədə fransalı hücumçu Kilian Mbappe "Real"ı hesabda irəli çıxarıb. 44-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Arda Gülər madridlilərin üstünlüyünü artırıb. Meydan sahiblərinin hücumçusu Mikel Oyarsabal isə 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək fərqi azaldıb.
Qeyd edək ki, "kral klubu" müdafiəçi Din Huysenin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra 32-ci dəqiqədən on nəfərlə oynayıb.
Hazırda paytaxt təmsilçisi 4 oyundan 12 xalla çempionatın lideridir. "Real Sosyedad" isə cəmi 2 xalla 17-cı sırada qərarlaşıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























