Xəbər lenti 
					
 
		2027-ci ildə Çempionlar Liqasının finalı bu şəhərdə oynanılacaq

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın "Atletiko" klubunun stadionu "Metropolitano"da keçiriləcək.
Manevr.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib.
Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.2027-ci ildə 19 yaşadək futbolçular arasında futzal üzrə Avropa çempionatı Astanada baş tutacaq.
Qeyd edək ki, "Metropolitano" stadionu ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















